Baş rollarında Kim Nam Gil, Kim Sunq Qyun (Kim Sung-Kyun) və İ Honeyin (Lee Honey) rol aldığı, SBS-in “The Fiery Priest” serialının 3 əsas afişası və səkkizinci fraqmenti yayımlandı.
Serial, cinayət işi həll edərkən əsəb problemləri yaşayan bir keşiş (Kim Nam Gil) ilə bir detektivin (Kim Sunq Qyun) güclərini birləşdirməsindən bəhs edir. Serial, sosial rifah xidmət sahələrinin var-yoxdan çıxarılması və dini inancladan istifadə edərək baş verən təcavüzləri əsas məsələ kimi görür.
Serialın rejissor stulunda “Punch” və “Whisper” seriallarının rejissoru İ Myunq Vo (Lee Myung-Woo) əyləşir. Serialın senaristliyini “Good Doctor”, “Blood”, “Chief Kim” serialarını və “Quiz from God” seriyasını qələmə alan Park Ce Bum (Park Jae-Bum) edir.
Serialın ilk bölümü 15 fevralda nümayiş olunması planlaşdırılır.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020