//The Fact Music Awards 2020 qazananları!

The Fact Music Awards 2020 qazananları!

The Fact Music Awards 12 dekabrda Girls Generation üzvü Seohyun və Jun Hyun Moo-nun ev sahibliyi ilə online gerçəkləşdi.

Əvvəlki The Fact Music Awards-ın 2020-ci ilin fevralında keçirilməsi planlaşdırılmışdı, lakin qaliblər elan olunsa da, COVID-19 pandemiyası səbəbindən ləğv edildi.

Ardıcıl üçüncü dəfə BTS Daesang (Böyük Mükafat) aldı. Həmçinin qrup, İlin Sənətçisi, Dünya Miqyaslı İkon və Dinləyicinin Seçimi üçün mükafat qazandı.   Super Junior qrupu dörd mükafat qazandı: İlin sənətçisi, TMA Populyarlıq Mükafatı, Fan N Ulduz Seçimi Mükafatı (Müğənni) və Fan N Ulduz Ən YaxşımMükafatı (Müğənni).

Aşağıdakı qaliblərin tam siyahısına baxın!

Daesang (Böyük Mükafat): BTS

İlin Sənətçisi: BTS, SEVENTEEN, MONSTA X, Super Junior, Kang Daniel, Hwasa, IZ* ONE, TWICE, GOT7, NU’EST, MAMAMOO

TMA Populyarlıq Mükafatı: Super Junior

Global Hottest: ATEEZ, The Boyz, Stray Kids, (G)I-DLE

Növbəti Lider: ENHYPEN, CRAVITY, Weeekly

Dünya Miqyaslı İkon: BTS, Seventeen

Ən Yaxşı Performansçı: Jessi, TXT, ITZY

Dinləyicinin Seçimi: BTS

Fan N Ulduz Seçimi Mükafatı (Fərdi Mükafat) : Hwang Chi Yeol

Fan N Ulduz Seçimi Mükafatı (Müğənni Mükafatı) : Super Junior

Fan N Star Ən Çox Səs Verilən (Fərdi Mükafat) : Hwang Chi Yeol

Fan N Star Ən Çox Səs Verilən (Müğənni Mükafatı) : Super Junior

Fan N Star Trot Populyarlıq Mükafatı: Im Young Woong

Fan N Star Ən Yaxşı ADS (Estetik Ən Yaxşı): Im Young Woong