//“The Divine Fury” filminin ilk fraqmenti yayımlandı

“The Divine Fury” filminin ilk fraqmenti yayımlandı

Əsas heyətində Park So Cun, Ahn Sonq Ki, Vu Do Hvan və Çoi Vu Şikin rol aldığı “The Divine Fury” filminin ilk fraqmenti yayımlandı.

Film, uşaq yaşında atasını itirdikdən sonra ruhi çöküntü yaşayan gənc bir adamın ətrafında baş verir. Bir gün, insanları ələ keçirən şeytani ruhları qovan bir keşiş ilə tanış olur. O, özünü şeytani güclərə qarşı döyüşərkən tapır.

Park So Cun filmdə döyüş sənətləri sahəsində çempion olan Yonq Hu obrazını canlandırır. Ahn Sonq Ki filmdə şeytan çıxarma gücünə sahib olan keşiş An obrazını canlandırır. Vu Do Hvan filmdə sirli biri olan Ci Şin obrazını canlandırır. Digərlərin zəifliklərini görmək və onları öz xeyrinə idarə etmək qabiliyyətinə malikdir. Çoi Vu Şik filmdə keşiş Anın müavini olan keşiş Çoi obrazını canlandırır.

Filmin rejisorluğunu və ssenaristliyini ötən il ekrana girən “Midnight Runners” filminin rejisorluğunu və ssenaristliyini edən Kim Cu Hvan edir..

Filmin bu ilin iyul ayında Cənubi Koreyada nümayişə girməsi planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan