Tv-nin “The Crowned Clown” adlı yeni serialının ilk afişası yayımlandı.
Serial, Joseon xanədanlığı dövründə keçir. Kral Lee Hun (Yeo Jin-Goo), özünə qarşı olan isyanlar və güc mübarizələri ilə savaşır. Özünə qarşı təşkil olunan sui-qəsd cəhdlərinin qarşısını almaq məqsədilə bəzi vaxtlar yerinə keçməsi üçün özünə bənzəyən birinin olmasını əmr edir. Sonra, krala tamamilə bənzəyən H-sun (Yeo Jin-Goo) adında bir təlxək tapılır. Kralın yerinə taxtda oturmaq məcburiyyətində qalan saxta kral, bu müddət ərzində, Kraliça Yo So-Woon`a (Lee Se-Young) aşiq olur.
“The Crowned Clown”, baş rollarında Lee Byung-Hun, Han Hyo-Joo və Ryoo Seung-Ryongun rol aldığı, 2012 istehsalı, mükafatlı film, “Masquerade”dən uyğunlaşdırılmadır. Serial, bir uyğunlaşdırma olsa da, ssenaridə əhəmiyyətli dəyişikliklər olacağı bildirilib.
Serialın əsas heyətində Yeo Jin-Goo, Lee Se-Young, Kim Sang-Kyung, Kwon Hae-Hyo və Jang Gwang yer alır.
Serialın rejissor kreslosunda “Money Flower”, “Golden Pouch”, “Glamorous Temptation” və “Warm and Cozy” seriallarında çalışmış olan Kim Hee-Won oturur.
Serialın ilk seriyasının 7 Yanvar 2019-cu il tarixində yayımlanması planlaşdırılır.
- Sovet rokunun koreyalı əfsanəsi - 22 İyun 2019
- Müdrik çay – İnçhon - 08 Fevral 2019
- “Hatch” serialının yeni bir fraqmenti yayımlandı - 16 Yanvar 2019