//“The Banker” serialının yeni afişası

“The Banker” serialının yeni afişası

Başrolda Kim Sanq Conq və Çae Şi Ra-nın olduğu “The Banker” serialının iki afişası nümayış olundu.

Serial, iqtisadi bankın çökdüyü bir vaxtda, siyasəti dəyişən maliyyə orqanlarına qarşı ədalətli olmağa çalışan bir bankirin (Kim Sanq Conq) həyatından bəhs edir.

Nümayiş olunan hər iki afişada bunlar yazılıb: ” Bankı öz üsullarımız ilə qoruyuruq”.

Serialın mövzusu, Ryoka Şu (ssenarist) və Şiqeru Noda-nın (rəssam) qələmə aldığı “Kansayaku Nozaki Şuhe” adlı manqa hekayəsindən götürülmüşdür.

Serialın rejissoru”Golden Rainbow”, “My Daughter, Geum Sa-Wol” və “All Kinds of Daughters-in-Law” seriallarının rejissoru olan Li Ce Cin-dir.

İlk seriyası 27 mart tarixində nümayiş olunacaq.