//TEZLİKLƏ

TEZLİKLƏ

Nəhayət ki, qış bizi tərk edir və onun əvəzinə yaz gəlir. Görəsən yaz öz gəlişi ilə bizə hansı yeni, maraqlı dramaları gətirəcək? Bu dəfə sizə 2019-cu ilin mart ayında ekranlara veriləcək dramaların siyahısını təqdim edirəm. Ümid edirəm ki, bu siyahıda hər kəs üçün maraqlı drama tapilacaq.

 

1 Böyük sual ( Big Issuse) SBS

Ekrana çıxacağı tarix: 06 Mart 2019

Janr: Drama, romantika

Baş rollarda: Yo Cin Mo (Joo Jin Mo),  Han Ye Sıl (Han Ye Seul)

Mövzusu: Məşhurların həyatını izləyən, onların böyük söz-söhbətə səbəb olan hansısa anını, məqamını tutmaq üçün dəridən qabıqdan çıxan jurnalistlərdən bəhs edir.

 

2 Sahib olmaq ( Possessed) OCN

Ekrana çıxacağı tarix: 06 Mart 2019

Janr: Fantastika, mistika, komediya

Baş rollarda: Qo Cun Hi (Go Joon Hee), Sonq Se Byok (Song Sae Byeok)

Mövzusu: Bu dram təmbəl və kobud detektiv ilə medium qadının birgə işlərindən bəhs edir.

 

3 Fikirləri oxuya bilən oğlan (He is psychometric guy) TVN

Ekrana çıxacağı tarix: 11 Mart 2019

Janr: Romantika, fantastika

Baş rollarda: Cin Yunq (Jin Young GOT7), Ş in Ye In (Shin Ye Eun), Kim Da Som (Kim Da Som)

Mövzusu: Biz bu dramada sakit, özunə qapalı qız ilə gözəl xarici görkəmə, özunə əmin, xarizmatik tələbə öğlanın həyatını görəcəyik. Həm də, bu oğlan qeyri adi istedada malikdir. O, insanlara toxunmaqla onların düşüncələrini oxuya bilir.

 

 

4 Məhbus həkim ( Doctor prisoner) KBS2

Ekrana çıxacağı tarix: 20 Mart 2019

Janr: Tibb, drama

Baş rollarda: Nam Qunq Min (Nam Goong Min), Kim Byunq Çul (Kim Byunq Chul)

Mövzusu: Məşhur xəstəxanaların birindən qovulan həkim işini həbsxana xəstəxanasında davam etdirmək qərarına gəlir. Ele hadisələrdə həmin xəstəxanada baş verir. Biz bu dramada həkimin həmin xəstəxanada başına gələn hadisələri görəcəyik.

 

5 Öldür onu (Kill it) OCN

Ekrana çıxacağı tarix: 23 Mart 2019

Janr: Mistika, triller

Baş rollarda: Canq Ki Yonq (Jang Ki Yong), Nana (Nana) 

Mövzusu: İstənilən adamı öldürə bilən killer ilə ədalətsizliyə qarşı gözünü yummayan detektiv qadının hekayəsidir. Biz bu dramada əsl kimliyini gizlədə bilən killerlə, günahsiz, hər kəsin əməlinə göz yuma biləcək qədər ürəyi yumşaq qadının tanışlığını görəcəyik.

 

6 Etiraf (Confession) tvN

Ekrana çıxacağı tarix: 23 Mart 2019

Janr: Hüquq, triller

Baş rollarda: Yu Dce Men (Ю Джэ Мён),  Yu Ce Myunq (Yoo Jae Myung)

Mövzusu: Bütün uşaqlığını xəstəxanada keçirdən ürək xəstəsi körpə, ürək əməliyyatından sonra xəstəxanadan azad olur. Bütün pis şeylər artıq bitdi düşünərkən atasını həbs edib, edam edirlər. Bundan sonra balaca oğlan böyüyub vəkil olacağını və atasının işini özü şəxsən araşıracağını qarşısına məqsəd qoyur. 

 

7 Xoş gəldin Waikiki 2 (Laughter in Waikiki 2) JTBS

Ekrana çıxacağı tarix: 25 Mart 2019

Janr: Komediya, romantika

Baş rollarda: Kim Sun Ho (Kim Sun Ho), Li Yi Kyunq (Lee Yi Kyung), Şin Hyun So (Shin Hyun Soo)

Mövzusu: Məktəb sinif yoldaşları ilə birləşib biznes qurmaq üçün evinə dəvət edən aktyordan bəhs edir.

Bəs siz hansı dramanı səbirsizliknən gözləyirsiniz?