//Tezliklə Azərbaycanda Koreya filmi çəkiləcək

Tezliklə Azərbaycanda Koreya filmi çəkiləcək

xezerxeber.az xəbər verir ki, artıq dövlət turizm agentliyi bununla bağlı işlərə başlayıb.

Agentliyin sözçüsü Kənan Quluzadə deyir ki, əsas hədəf bəzi filmlərə dəsdək olmaqla turist axınını artırmaqdır.

Məlumata görə, bu məqsədlə Azərbaycanda Koreya filmi çəkiləcək. Filimin çəkilişinə Dövlət Turizm Agentliyi dəstək göstərəcək. Artıq müəyyən danışıqlar aparılıb.

Agentlikdən bildirilir ki, filmin çəkilişində əsas məqsəd ölkəyə gələn turistlərin sayını artırmaqdır. Xüsusən koreyalılar yerli filmlərinin çəkildiyi ölkəyə səyahət etməyi sevirlər.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, bu təcrübə bir çox turizm potensialı olan ölkələrdə geniş yayılıb. Məsələn bu yaxınlarda qonşu gürcüstanda çəkilən forsaj filminin çəkimlərini izləmək üçün minlərlə turist gəlib.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova