//Temin,SHINee üzvlərinin əsgərliklərindən və Conqhyona(Jonghyun) olan həsrətindən bəhs etdi

Temin,SHINee üzvlərinin əsgərliklərindən və Conqhyona(Jonghyun) olan həsrətindən bəhs etdi

11 fevralda Temin ikinci mini albomu “WANT”-un laynsmanından öncə müsahibə verdi.

Bir il yarım sonra solo sənətçi olaraq geri qayıdan Temin bu il daha çox solo fəaliyyətinə diqqət yetirəcəyini söylədi.

Temin:Çox uzun bir fasilədən sonra ilk solo qayıdışımı etdiyim üçün enerjimi tamamilə təqdimatlara sərf etmək və daha fərqli tərəflərimi göstərmək istəyirəm.Bu albomdan başqa albom çıxardacağamsa,yeni bir tərəfimi ortaya qoymaq istəyərəm.Konsert üçün fərqli planlarım var və bu il ərzində hamısını həyata keçirəcəyəm.”- deyə bildirdi.

SHINee üzvü Onyu(Onew) 2018-ci ilin dekabrında hərbi xidmətinə başlayıb.Key isə martın 4-ü əsgərliyə gedəcək və Minhonun da bu il ərzində əsgərliyə yollanacağı bildirilib.

Temin qrupun ən gənc üzvü olaraq: “Qrup üzvləri ilə ilk dəfə 14 il öncə tanış oldum.Altıncı sinifə gedirdim və məktəbli idim.İndi isə 30-lu yaşlarındayıq.Vaxt su kimi axıb gedir.”- deyə fikirlərini bölüşdü.

Sözlərinin davamında: Evimə yaxın olduğu üçün həmişə eyni ofisə gedirəm və ətrafımdakı heç nəyin dəyişmədiyini hiss edirəm.Ancaq qəflətən hər şeyin nə qədər çox dəyişdiyini başa düşürəm”- dedi.

Eyni zamanda mərhum Conqhyon(Jonghyun)-dan bəhs etdi və onun üçün çox darıxdığını dilə gətirdi.Temin: “Deyəsən,onun üçün çox darıxıram.Doğurdan yaxşı oluram və sonra qəflətən onu xatırlayıram.”- dedi.

SHINee keçən il üç albom yayımladı.O vaxtlar gizlənmək yerinə özümüzü daha çox göstərməyi qərar aldıq.Öz aramızda eyni şəkildə davam edəcəyimizi danışdıq.Ümid edirəm ki, insanlar bizə həmişəki kimi davranar.”

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova