//Tecyon(Taecyeon) hərbi xidmətini başa vurdu + Əsgərlik sonrası müsahibə

Tecyon(Taecyeon) hərbi xidmətini başa vurdu + Əsgərlik sonrası müsahibə

2PM qrupundan Tecyon(Taecyeon) geri döndü.

16 may səhəri Tecyon ordudakı çavuş vəzifəsini və hərbi xidmətini başa vurdu. Qyonqqi bölgəsindəki İlsanda qarşılanan Tecyon : “Yaxşı yata bilməmişəm. Gərginəm. Bu uzun zaman sonra kamera önündə durduğum ilk zamandı. Səhər trubanın səsini eşitdim. Hərbi xidməti başa vurduğuma inanmadım. Deyəsən, sabah səhər truba olmayan bir alarm ilə oyananda anlayacam.”

İlk öncə məni gözlədikləri üçün pərəstişkarlarıma təşəkkür etmək istəyirəm. Bu gün bu qədər insanın gələcəyini bilmirdim. Tez müddətdə yaxşı layihələrlə geri dönəcəyimə söz verirəm.”

Tecyondan ən çox nə etmək istədiyi soruşulanda :” Digər 2PM üzvlərini görmək istəyirəm. İkisi indi hərbi xidmətdədir və üzvlər üçün çox darıxıram. Ümid edirəm ki, sevgi dolu üzvlərimiz yaxında bir yerə toplanar və hərkəsə möhtəşəm şeylər göstərə bilərik.”

Həmçinin ən çox darıxdığı qız qrupu olaraq seçdiyi TWICE-a təşəkkür edərək : “ Zamanlama səbəbi ilə onları görmək çətin oldu. Amma mənə bir video göndərdilər. Minnətdaram.”

2PM üzvü Çansonq(Chansung) da onu qarşılamaq üçün orda idi və ikisi böyük gülümsəmələrlə mehribanca görüşdülər.

Tecyon 4 sentyabr 2017-ci ildə hərbi xidmətə başlamış və indi 16 may 2019-cu ildə hərbi xidmətini başa vurmuşdur. Həm 2PM, həm də aktyor olaraq fəaliyyətlərə başlamağı planlaşdırır. 2018-ci ilin iyul ayında JYP Entertainment ilə yollarını ayıran məşhur, 51K şirkəti ilə yeni səyfəyə başlamışdır.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova