//“Swing Kids” filminin iki yeni afişası yayımlandı

“Swing Kids” filminin iki yeni afişası yayımlandı

Baş rollarında EXO qrupundan DoKyung-Soo, Park Hye-Soo və Ah Jung-Senin rol aldığı “Swing Kids” filminin iki yeni afişası yayımlanıb.

Film, Şimali Koreya və Cənubi Koreya müharibəsi zamanında keçir. Cənubi Koreya düşərgəsində əsir bir Şimali Koreya əsgəri (Do Kyung-Soo) bütün o xaosun içində “tap rəqsi”nə heyran olur. Bu arada film, Jang Woo-Sung tərəfindən yazılan və Kim Tae-Hyung tərəfindən idarə olunan bir Koreya musiqili teatrı “Rho Ki-Soo”dan uyğunlaşdırılmışdır.

Nümayiş olunan hər iki afişada də “Swing Kids” adlanan tap rəqs qrupunun üzvləri yer alır. Bu qrupun üzvləri; bir əsgər olan Roh Ki-Soo (Do Kyung-Soo), qədim Broadway ulduzu Jackson (Jared Grimes), dörd dil bilən tərcüməçi Yang Pan-Rae (Park Hye-Soo), yoldaşını tapmaq üçün məşhur biri olmaq istəyən Kang Byung-Sam (Eh Jung-Se) və rəqs etməkdə təəccübləndirəcək dərəcədə istedadlı olan Xiao Pang (Kim Min-Ho).

Hər ikiafişanın şüarında, “Bütün dünyanı yerindən sarsıdacaq insanlar gəlir!” yazılıb.

Filmin rejissorluğunu və ssenaristliyini “Tazza: The Hidden Card” və “Sanni” filmlərini həm idarə edən və həm də ssenaristlərindən biri olan Kanq Hyung-Chul edir.

Filmin, bu ilin 19 Dekabrında Cənubi Koreyada yayımlanması planlaşdırılır.(guneykoresinemasi)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)