//Suzy, Nam Joo Hyuk, Kim Seon Ho və Kang Han Na birlikdə yeni serialda yer alacaqlar

Suzy, Nam Joo Hyuk, Kim Seon Ho və Kang Han Na birlikdə yeni serialda yer alacaqlar

Suzy, Nam Joo Hyuk, Kim Seon Ho və Kang Han Na yeni bir tvN serialında əsas heyət üzvləri olacaqlar!

“Startup” adlanan serial Cənubi Koreyanın Sandbox adlanan uydurma Silikon Vadisində qurulur və şirkətdə çalışan insanların hekayəsindən bəhs edəcək. Serial Park Hye Ryun(I Hear Your Voice) tərəfindən yazılıb və “Hotel Del Luna”, “While You Were Sleeping” kimi serialların rejissoru olan Oh Choong Hwan tərəfindən çəkiləcək.

Suzy Koreyalı Steve Jobs olmaq arzusunda olan Seo Dal Mi rolunu oynayacaq. Seo Dal Mi part-time işlərdə təcrübəsi olan və çox səmimi bir insandır. Xarakterin Suzynin parlaq enerjisi ilə yaxşı uyuşacağı gözlənilir.

Nam Joo Hyukun  personajı Nam Do San “Samsan Tech”in qurucusudur. Nam Do San bir  vaxtlar riyaziyyat dahisi kimi ailəsinin qüruru olmuş amma son iki ildə şirkətinin sərmayələri ilə çöküş yaşayan iş adamıdır.

Borcunu ödəmək üçün  şirkətə işə girən Han Ji Pyung rolunu isə Kim Seon Ho canlandıracaq. SH Venture Capital-da bir qrup lideri olmaq, heyrətləndirici investisiya bacarığı və kəskin dili ona “Gordan Ramsay investisiya” ləqəbini qazandırır.

Kang Han Na, cəmiyyətin hörmət etdiyi hər şeyə sahib olan CEO Won In Jae rolunu oynayacaq. Təhsilli, gözəl görünüşlü və varlı olan In Jae ikinci nəsil çebol olmaq və hər kəs tərəfindən tanınmaq üçün əlindən gələni edir. Ancaq atası tərəfindən qəbul görülməyən In Jae Startup şirkətində çalışmağa başlayır.

”Startup” serialının ilk bölümü oktyabr ayinda yayımlanacaq.

Elmina Səfərova