//SuperM debutu ilə Billboard 200 siyahısında 1-ci olan ilk K-Pop qrupu oldu

SuperM debutu ilə Billboard 200 siyahısında 1-ci olan ilk K-Pop qrupu oldu

SuperM Billboard 200-də uğurlu debüt etdi!

13 oktyabrda Billboard, SuperM-in debüt albomu “SuperM – 1-st Mini Albom”-nun nömrə 1 olduğunu elan etdi. 19 oktyabr həftəsi üçün Billboard 200-də 1-ci olan “SuperM 1-st Mini Albom” istənilən K-pop qrupunun ən yüksək qrafikli debüt albomuna çevrildi. Billboard veb saytı 15 oktyabrda bu həftənin qrafikini yenilənəcək.

Buraxılışının ilk həftəsində (4 oktyabr) albom ABŞ-da 168.000 satış etdi və  bunlardan 164.000-i fiziki albom satışları idi.

Bu xəbəri eşidəndən sonra SuperM şərh etdi: “Billboard 200-də yüksək nəticə göstərdiyimiz üçün çox xoşbəxtik və bu yuxu kimidir. Fəxr edə biləcəyimiz bir nəticə əldə etdiyimiz üçün çox şadıq və bizi dəstəkləyən hər kəsə təşəkkür edirik. Biz ‘super sinergiya’ göstərməyə davam etmək üçün çox çalışacağıq. ”

Baekhyun, Billboard məqaləsinin ekran görüntüsünü tweet edərək “SuperM Billboard 200-də nömrə 1. !! Çox sağ olun, çox! Çox xoşbəxtəm ki, yalnız bazar ertəsi olmasına baxmayaraq, bu günlərdə çox yaxşı xəbər var”

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova