//Super Juniordan Heechul homoseksual olması ilə bağlı şayiələrdən danışdı

Super Juniordan Heechul homoseksual olması ilə bağlı şayiələrdən danışdı

Super Juniordan Kim Heechul qatıldığı verilişdə adının LGBT ilə bağlı olan söz-söhbətlərdə hallanmasından bəhs edib.

Aparıcılar və onlayn istifadəçilər dünyanın müxtəlif yerlərindəki cinsi azlıqlardan bəhs edərkən, Kim Heechul uzun illər boyu gey olması ilə bağlı şayiələrlə mübarizə apardığından danışıb.

Heechul: “Bilənlər onsuz da bunun fərqindədirlər, ancaq debutumdan bu yana gey olduğumla bağlı hədsiz şayiələr yayılıb. Hətta kişi məşhurlarla belə adım qalmaqallarda hallanıb. Gey olduğumla bağlı çox söz-söhbətlər gəzirdi. Çünki, debutumdan bu günə uzun saçlarım vardı və rəngli linzalardan istifadə edirdim.”

“İlk öncə bunu rədd edib və homoseksual olmadığımı demək istədim. Ancaq bunu etsəm LGBT üzvlərinə hörmətsizlik edəcəyimi düşündüm. İstər xaricdə, istərsə də Koreyada konsertlərimizə çoxlu sayıda kişi tərəftarlar gəlirdi. Fikirləşdim ki, onların arasında homoseksual üzvlər də ola bilər və mən onları incitmiş olaram.”

Verilişə qonaq olan Koreyalı məşhur Hong Suk Chun da gey olmasından bəhs edib. Hong Suk Chun : “İlk çıxışımdan bura 20 il keçib. Koreyada bu şəxslərə baxış tərzi gündən-günə yaxşılaşsa da, hələ də olduqca çox ayrı seçkilik var. Ümid edirəm ki, artıq stereotiplər və yaxud bu cür qərəzliklər olmayacaq. İnsanlar artıq bilmədikləri şeylərdən qorxmurlarsa, bir-birimizi qəbul edərək daha azad ola bilərik.”

 

Elmina Səfərova