//Super Junior qrupun bütöv şəkildə qayıdış edəcəkləri haqqında olan planlarını açıqladı

Super Junior qrupun bütöv şəkildə qayıdış edəcəkləri haqqında olan planlarını açıqladı

Super Junior-un 2019-cu ildə bütöv şəkildə qayıdış etmək planı var .

Aprelin 14-ü, Super Junior D&E yeni mini albom ‘Danger‘-in işıqlanması və  ‘Super Junior D&E Concert ‘The D&E‘ konsertinin baş tutacağı məqsədilə press konfrans keçirdi.

Eunhyuk bildirdi: “Avqustdakı son albomdan sonra yeni albomla qarşınızdayıq. Biz həmçinin, Super Junior-un dünya turundan başqa da digər fəaliyyətlərlə məşğuluq .Biz gecələr yatmayıb albom üzərində işləmişik. Pərəstişkarlarımızla bacardığımız qədər tez görüşmək istəyirdik. Həmçinin, Kyuhyun tezliklə hərbi qulluqdan azad olunacaq. (Bu o deməkdir ki) Biz Super Junior-un albomu üzərində çalışmalıyıq. Beləliklə, cədvələ uyğunlaşmaq üçün gözləndiyindən daha tez gəldik. Cədvəl sıx idi amma biz albomu yaxşı mahnılarla doldurduq.”

Tədbirdə MC qismində çıxış edən Leeteuk da bildirdi, “Biz yaxşı hazırlaşacağıq və məncə ilin ikinci yarısında görüşə bilərik (yeni albomla) .Zəhmət olmasa, çoxlu sevgi və diqqət bəxş edin.”