//Super Junior Perunun Premios Luces 2018-də ilin ən yaxşı konserti mükafatını aldı

Super Junior Perunun Premios Luces 2018-də ilin ən yaxşı konserti mükafatını aldı

Super Junior-un konsert turu “Super Show” Premios Luces tərəfindən ən yaxşı konsert seçilib. Mərasim Perunun 1839-da yaradılan ən uzun müddətli Əl Comercio qəzeti tərəfindən aparılıb. Builki Premios Luces 12 fevral axşamı Limada baş verdi.

Mərasimdə, Super Junior 22 aprel 2018-ci ildə Limada həyata keçirdiyi “Super Junior World Tur: Super Show 7” ilə ilin ən yaxşı konserti mükafatını qazandı. Kateqoriyanın digər namizədləri arasında Katty Perry və Argelia Fragoso, Maluma və Mark Anthony, Daddy Yankee, Leslia Shaw və başqaları da vardı.

Super Junior xüsusi konsert markası “Super Show” konsert seriyasına fevral 2008-də başladı və Asiyada Tokyo, Şangay, Bangkok, Manila, Jakarta, Kuala Lumpur və həmçinin London, Paris, Sao-Paulo,Santiago və Buenos-Airesdə həyata keçirib. “Super Show” 20-dən artıq şəhərdə 2 milyondan çox tamaşaçı kütləsinə sahib yaxşı hazırlanmış bir mərasim olaraq yaradılıb.

Super Junior 2005-ci ildə çıxış edən Koreya dalğasının aparıcı qruplarından biridirş Son vaxtlar Latın Musiqi Bazarında böyük uğur əldə edib. Keçən il Bilboard-ın latın mahnı siyahısında “Lo Siento” adlı hitləri ilə yer alaraq bunu bacaran ilk K-pop qrupu oldu.

2-3 mart tarixləri arasında qrup Seuldakı KSPO Domeda “Super Show 7” konsertləri çərçivəsində xüsusi bir konsert verəcək.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan