//Sonqconq və Canq Hvi Ryonq yeni bir serialda birlikdə rol alacaq

Sonqconq və Canq Hvi Ryonq yeni bir serialda birlikdə rol alacaq

“INFINITE” qrupundan Sungjong və Jang Hui-Ryoung SBS`in yeni serialında birlikdə baş rol obrazları canlandıracaq.

5 Dekabrda, Sungjong`un agentliyi Woollim Entertainment və Jang Hui-Ryoung`un agentliyi JYP Entertainment, SBS`in “Nurse Who Suddenly Appeared” adlı yeni mini serialında rol alacaqlarını təsdiqləyib.

Romantik-fantastik janrındakı serial, keçirdiyi bir yol qəzasından sonra öləcək insanları görməyə başlayan bir qadın ilə həyatında yaşadığı böyük böhrandan sonra xoşbəxtliyi tapan bir psixiatr ətrafında dönür.

Sungjong serialda bir psixiatr olan Woo Hyun-Woo obrazını canlandırır. İlk başlarda böyük bir xəstəxanada çalışarkən, indi özəl bir klinikada çalışır.

Jang Hui-Ryoung serialda bir tibb bacısı olan Bae Soo-Ah obrazını canlandırır. Ailəsini itirməsinə baxmayaraq, parlaq bir şəxsiyyətə malikdir. Bir gün, bir yol qəzası keçirir və bu qəza zamanı gözündən yaralanır. Keçirdiyi kornea transplantasiyasından sonra ölümü görməyə başlayır.

Sungjong daha əvvəl bir uşaq proqramı olan “The Unlimited Show”da yer aldı. Ancaq bu serial onun rəsmi olaraq ilk rolu olacaq. Jang Hui-Ryoung hazırda, OCN`in “Priest” serialında yer alır. Daha əvvəl isə “Uncontrollably Fond”, “20th Century Boy and Girl” və “Wok of Love” seriallarında rol almışdı. Bundan başqa, tvN-in “Encounter” serialında Cha Soo-Hyun`un (Song Hye-Kyo) keçmiş ərinin (Jang Seung-Jo) sevgilisini canlandırır.

“Nurse Who Suddenly Appeared” serialının ilk seriyasının Dekabr ayının sonlarına doğru yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)