//Sullinin ölümi ilə bağlı otopsi cavabları ictimaiyyətə elan olundu

Sullinin ölümi ilə bağlı otopsi cavabları ictimaiyyətə elan olundu

 

Qeyd edək ki, baş vermiş hər hansı cinayət hadisəsi, cinayət səbəbinin araşdırılması və tapılması üçün meyid üzərində aparılan yarma əməliyyatına “otopsi” deyilir. Oktyabr ayının 16-da Koreya vaxtı ilə saa 09:00-11:00 aralığında müğənni Sulli üzərində otopsi əməliyyatı keçrilmişdir. Buna səbəb Sullinin intihar etməməsi, cinayətin sui-qəsd hesab olunması hesab olunurdu. Polis əməkdaşlarının verdiyi açıqlamada belə deyilir: “Otopsi (meyid yarma) əməliyyatı zamanı sui-qəsd əlamətlərinə və yaxud xarici qüvvəni təsir ilə ölüm hadisəsinin gerçəkləşməsinə rast gəlinməmişdir. Mərhumun qanında qan, narkotik vasitə və heç bir qeyri-qanuni həblərə rast gəlinməmişdir. Bununla da müğənnin işi ilə bağlı araşdırmanın sonlandırlamasına start verilmişdir”. Verilən açıqlama baş vermiş hadisənin intihar olduğunu bir daha təsdiqlədi. Buna səbəb müğənnin pis xarakterli rəylərə daha artıq dözə bilməməsi hesab olunur. Daha əvvəllər müğənni SM Entertainment agentliyinə müraciət edərək, şər, böhtan xarakterli pis rəylər yazan müəlliflərin qanun qarşısında cavab verməsini tələb etmişdir. Busan Report tərəfindən verilən açıqlanmada belə  deyilirdi: “Sulli daim bu cür rəy yazanlarla mübarizə aparmağa çalışırdı. Çox heyif ki, bəzən bunun öhdəsindən gələ bilmirdi. Bu səbəbdən şirkətdən belə müəliflərə qarşı ciddi tədbirlər görülməsini tələb edirdi”. Hələ 2018-ci ildə  SM Entertainment belə müəlliflərin IP ünvanlarının tapa bilməməsini səbəb gətirərək, onların cəzalandırılmasını təxirə salırdı. Beləliklə, son nəticədə üzücu hadisənin olması qaçırılmaz idi.

TAGS: