//Suga Jim Jones-un səsinə görə təndiq olunur.

Suga Jim Jones-un səsinə görə təndiq olunur.

Netizenlər BTS üzvü Suganın “What do you think?” mahnısında Jim Jones-un səsinə görə tənqid edirdi.

BigHit bununla bağlı üzr istədi, bu səsin tarixi mənasını bilmədiklərini, bu hissənin uyğunsuz olduguna fikir vermədən səhvən mahnını təstiqlədiklərini açıqladı. Həmçinin, mahnının silindiyini və Jim Jones-un səsini çıxardıb yenidən yüklədiklərini bildirdi.

Jim Jones kimdir? Jim Jones Amerikalı “Peoples Temple” adlı bir dini hərəkatın qurucusu və lideri olub. Bir çox tərəfdarı olan Jim Jones fırıldaqları ilə insanları özündən aslı hala salan, sex və narkotik yığıncaqları verən bir insan olduğu ortaya çıxdıqdan sonra 1977-ci ildə tərəfdarlarının kiçik bir hissəsi ilə qaçır və aldığı əraziyə Jonestown adını verir. Tərəfdarlarına Jonestown-nun cənnət olduğunu və buradan qaçmağın böyük bir günah olduğunu deyir. ABD qurultay üzvü Leo Ryan, NBC işçiləri ilə birlikdə Jonestown-dakı yaşayışı çəkmək üçün gedir. Buradan qaçmaq istəyən tərəfdarlarla birlikdə çıxmaq istəyən Leo Ryan tərəfdarlar və NBC işçiləri ilə birlikdə Jim Jones-un əmri ilə qətlə yetirilir. Həbs olunmaqdan qorxan Jim Jones, tərəfdarlarını yığır və hərkəsin öləcəyini açıqlayır. Əvvəl qundaqkdakı körpələrin, sonra uşaqların, sonra da, yaşlıların öldürülməyini istəyir. Öldürülmələri üçün insanlara sakinləşdirici və siyanid verilir. Beləliklə, 304-ü uşaq olmaqla, bu toplu intaharda 918 nəfər öldürülür.

TAGS: