//“Stray Kids” qrupunun üzvü Vu Cin (Woojin) qrupu tərk etdi!

“Stray Kids” qrupunun üzvü Vu Cin (Woojin) qrupu tərk etdi!

 

Oktyabr ayının 28-də “Stray Kids” qrupunun rəsmi agentliyi JYP Entertainment, ictimaiyyətə qrup üzvü Vu Cinin (Woojin) qrupu tərk etməsi haqqında rəsmi açıqlama verdi. Açıqlamada belə deyilir: “Sizi salamlayan JYP Entertainmentdir. Hamının nəzərinə çatdırmaq istərdik ki, “Stray Kids” qrupunun üzvü Vu Cin (Woojin) bu gün rəsmi olaraq qrupu tərk etdi. O, onun üçün xüsusi bağlanmış müqaviləni ləğv edərək, şəxsi istəyi ilə qrupdan ayrıldı. Belə bir gözlənilməz, bununla yanaşı kədərli xəbəri sizi çadırdığımıza görə sizdən üzr istəyirik. 25 noyabr tarıxində yayımlanması planlaşdırılan «Clé: LEVANTER» adlı mini albom məhz, bu səbəbdən 9 dekabr tarixinə kimi təxirə salınır. Təkrar sizdən üzr istəyir, sevginizi bizdən əksik etməməyinizi xahiş edirik. Bundan sonra öz yolu ilə gedəcək olan sevilən “Stray Kids” üzvü Vu Cin və yaxud bundan sonra 8 iştirakçı ilə “Stray Kids”i həyatda saxlamağa davam edən qrupdan dəstəyinizi əksiltməyin. Hamıya təşəkkür edirik.”

Qeyd edək ki, noyabr ayının 23 və 24 tarixilərində təşkil olunacaq olan «Stray Kids World Tour «District 9 : Unlock» in SEOUL» adlı solo konsert qrup üzvü Vu Cinsiz baş tutması planlaşdırılır. Müğənninin rəsmi profili, fan klub səhfəsindən artıq silinib.

Hansamo ailəsi adından “Stray Kids”ə və Vu Cinə uğurlar arzulayırıq.