Girl’s Day-dən Socin(Sojin)-in yeni seriala çəkildiyi təsdiqləndi!
Sentyabrın 30-da şirkəti Socinin SBS-nin yaxınlaşan “Stove League” serialında baş rol obrazını canlandıracağını bildirdi. Serialda Socin, bir idman kanalının diktoru olaraq çalışan köhnə softball oyunçusu Kim Yonq Çe rolunu alacaq. Kim Yonq Çe-nin yolu həmişə liqalarda sonuncu yeri tutan Dreams adlı peşəkar bir beysbol komandası ilə kəsişir.
“Stove League” yeni baş meneceri gəldikdən sonra fövqəladə bir mövsümə hazırlaşan böyük bir liqa beysbol komandasından bəhs edir və hər bir epizod daha güclü bir komanda olmağa hazırlaşdıqları zaman yaşadıqları problemə diqqət yetirəcəkdir. Serialda Namqunq Min (Namgoong Min), Park In Bin(Park Eun Bin) və Co Byonq Kyu (Jo Byeong Gyu) da rol alacaqlar.
Serial noyabrda premyeraya təyin edilmişdir.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021