SS501-dən Kim Kyu Conq(Kim Kyu Jong) məşhur olmayan biri ilə münasibətdə olduğunu təsdiqlədi.
Bu yaxınlarda sevilən idol və aktyor sevgilisi ilə Yaponiyada etdiyi səyahətin fotolarını 24 iyulda İnstaqramına yüklədi və tez bir zamanda sildi. Buna baxmayaraq fotolar onlayn icmalara yayıldı.
İyulun 26-da o, İnstaqram hesabı vasitəsilə pərəstişkarlarına səmimi üzr məktubu göndərdi: “Peas [pərəstişkarların ləqəbi], sizi təəccübləndirdiyim üçün təəssüf edirəm. Hal-hazırda filmə, musiqiyə və oyunlara hazırlaşıram. Sizi yaxşı xəbərlərlə salamlamaq istədim, amma … bu mesajı çox gec göndərdiyim üçün üzr istəyirəm, çünki nə deyəcəyimi düşünürdüm. Sizi çox incitdiyim üçün ürəkdən üzr istəyirəm … Sizə hər zaman minnətdaram..”
İyulun 28-də Kim Kyu Conq “Hankook Ilbo”ya müsahibə verərək münasibətini təsdiqlədi: “Hazırda münasibətim olduğum həqiqətdir amma Yaponiyaya səfərim bu yaxınlarda baş tutmayıb”. Sevgilisinin yapon olub-olmadığını soruşduqda o, “Düzdür.Ancaq bu haqda danışmaqdan qorxuram və ehtiyatlıyam. Üstəlik, sevgilisinin hazırda Koreyada yaşayan məşhur olmayan biri olduğunu söyləyib.
Yaponiyaya səfərinin bəzi Koreyalı netizenlər Koreyalı istehlakçılar tərəfindən bütün Yapon mallarının boykot edilməsi səbəbi ilə problemli hesab edirlər. Bu, Yaponiyanın Koreyaya yüksək texnoloji resursların ixracını məhdudlaşdırması ilə bağlı olan boykotdur.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021