//“Spring Night” serialının foto-tizrləri yayımlandı!

“Spring Night” serialının foto-tizrləri yayımlandı!

 

MBS kanalının yeni serialı hesab olunan “Spring Night”-ın may ayında ekranlara verilməsi planlaşdırılır. Baş rollarını Conq He İn (Jung Hae In) və Han Ci Min (Han Ji-min) oynayacaq. Serialın süjet xətti, ailə qurmaq haqqında fikirləşəndə, hər ikisi fərqli düşünən cütlükdən bəhs edir. Serialdakı obrazına əsasən kitabxanada işləyən, 30 yaşlı baş qəhrəmanın şəkillərini sizə təqdim edirik. Qeyd edək ki, serialın rejissoru  An Pan Sokdur (An Pan Seok). Daha əvvəl o,  “Pretty Sister Who Buys Me Food” serialının rejissorluğunu etmişdir.