//Spotify 2NE1-ın hesabını təsdiqlədi + Blackjacklər narazıdır

Spotify 2NE1-ın hesabını təsdiqlədi + Blackjacklər narazıdır

2NE1-ın Spotify hesabı online streaming musiqi platformaları tərəfindən təsdiqləndi. Bununla yanaşı 2NE1 pərəstişkarları olan Blackjacklər öz narazılıqlarını bildirdi.

Spotifyda hesabın profil şəklində sadəcə 3 qrup üzvü CL, Dara və Bom-un  olması Blackjackləri qəzəbləndirib. Pərəstişkarlar 2NE1-ın maknesi Minzy-nin şəkildə olmamasına etiraz edərək paylaşımlar etməyə başlayıblar.

Pərəstişkarlar YG Entertainmentin Facebook, Twitter və İnstagram hesablarına “Minzy hardadır?” deyə yazıb. Lakin YG Entertainment buna heç bir reaksiya göstərməyib.

2NE1-ın dağılmasından 3 il keçsə də qızların hələdə birlikdə olduqları və bir-birlərini dəstəklədikləri məlumdur. Minzy cavanlığını YGdə keçirməyinə və 2NE1-dakı yerinin olmasına  baxmayaraq, YG-nin sənətcilərinə qarşı belə yanaşması pərəstişkarları qəzəbləndirib.

Blackjacklər YG-nin 2NE1-ı ən azından Spotifyda 4-lü olaraq geri döndürməsini gözləyir.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova