//“Special Labor Inspector” Serialının Afişası və Yeni Bir Fraqmenti Nümayiş Olundu

“Special Labor Inspector” Serialının Afişası və Yeni Bir Fraqmenti Nümayiş Olundu

Kim Donq Vok və Park Se Yonqun baş rol olaraq canlandırdığı “Special Labor Inspector” serialının afişası və fraqmenti nümayiş olundu.

Serial ədalətsizliyə göz yummadığı üçün bir çox işdən atılan Co Cin Gab-in (Kim Donq Vok) həyatından bəhs edir. Cin Gab, artıq qovulma ehtimalı olmadığını düşündüyü üçün ictimai personal imtahanına girər və məmur olaraq çalışmağa başlayar. Ədalətsizliyin olmadığı bir yerdə dinc şəkildə çalışarkən, Məşğuliyyət və Əmək Nazirliyinə müstəntiq olaraq təyin edilir. Burada, gücünü haqsız yerə istifadə edən bir çox insanla qarşılaşır və ədalətsizliyə dayana bilməyən Cin Gab dinc günlərini təkrar gerideə qoyur.

Park Se Yonq serialda bir dedektiv olan Co Mi Ran xarakterini canlandırmaqdadır. Co Cin Gabın (Kim Donq Vok) keçmiş həyat yoldaşıdır və bu evlilikdən bir də uşağı vardır.

Rejissoru “Ruler: Master of the Mask” serialının rejissoru olan Park Von Gok-dur. Ssenaristi isə “Angry Mom” serialını qələmə alan Kim Ban Di-dir.

İlk seriyası 8 aprel tarixində veriləcək.