Sevilən aktyorların iştirakı ilə çəkilən “The Chronicles of Asadal” serialı hələ yayımlanmamış sosial şəbəkələrdə əsl qalmaqal mövzusuna çevrilib. Qalmaqala səbəb yuxarıda adı yazılan amerika serialı ilə oxşar tərəflərinin olmasıdır. İyun ayın 1-də, tvN kanalında yayımlanması planlaşdırılan serialı hamı səbirsizliklə gözləyir. Sosial şəbəkə istifadəçilərinin fikrincə serial tam yayımlanmamasına baxmayaraq, video-tizlərdə oxşar cəhətlərin, kadrların olması onları narahat edir. Yayılan xəbərlər haqqında serialın çəkiliş heyəti rəsmi açıqlama verməyib. Mövzu get-gedə böyüyərsə serialın rejissoru və senaristi plagiatlıqda ittiham oluna bilər. Yayılan xəbərlər haqqında buradan, serialın mövzusu haqqında buradan oxuya biləsiniz.
Oxşar hesab olunan şəkilləri sizə təqdim edirik. Gəlin birlikdə həmin şəkillərə baxaq.
Bəs siz bu haqda nə düşünürsünüz?
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020