//Sonradan ayrılan ən məşhur cütlüklər

Sonradan ayrılan ən məşhur cütlüklər

 

Məşhurların sevgili münasibətində olduqları adamlardan ayrıldıqları xəbərini ictimaiyyətə elan etmək, onların sevgili olduqları xəbərini elan etməkdən daha çətindir. Məşhur cütlüklərin əslində nə səbəbdən ayrıldıqları bütün pərəstişkarlara maraqlıdır. Amma biz bu səbəbi çox vaxt öyrənə bilmirik. Çunki, məşhurlar işlərinin çox olmalarını, fikir ayrı seçkiliklərinin olduğunu və s. bu kimi səbəblər gətirərək əsl səbəbi demirlər. Əslində hamıya məlumdur ki, ayrılıq səbəbi bu sadalanların heç biri olmur . Və təəssüflər olsun ki, biz, əsl səbəbi heç vaxt bilmirik. Mövzumuzdan çox kənarlaşmadan qeyd etmək istərdim ki, aşağıda sizin üçün hazırladığımız siyahıda məhz cütlüklərin ayrılma səbəbləri deyil sadəcə sonrandan ayrılan məşhurları sizə təqdim edirik. Hansı ki, sirf bu məşhurların ailə quracağına hamı düşnürdü.

1-ci İ Sanq Yun (Lee Sang Yoon) və Ui (Uee)

Cütlüyün ayrılıq xəbəri 2017-ci ildə məlum oldu. Yayılan bu xəbər mətbuata bomba kimi düşdü. Uzun müddət birlikdə olmaq xəbərlərindən sonra hamın evlənəcəklərini düşünüdükləri halda ayrılıq xəbəri hamını məyus etdi. O vaxt üçün Pledis Entertainment agentliyi cütlüyün ayrılıq xəbərini iş qrafikinin dolu olması, bir-birinə vaxt ayıra bilməməsi səbəb olduğu açıqlamasını vermişdi. Hal-hazırda ayrıldıqlarına baxmayaraq cütlük dostluq münasibətlərini hələ də, davam etdirir.

 

2-ci İU və Çanq Ki Ha (Chang Ki Ha)

2013-cü ildə ilk dəfə radio verlişlərin birində tanış olan cütlük 5 illik münasibətdən sonra 2017-ci ildə ayrılmaq qərarına gəliblər. Ayrılıq xəbərlərinə heç bir açıqlama verməyərək, şəxsi işimizdir deyərək bütün suallara nöqtə qoymuşdular. Dostuqlarını hələ də, davam etdirirlər.

 

3-cü İ Donq Gon (Lee Dong-geon) və Park Ci Yon (Park Ji Yeon

13 il yaş fərqinə baxmayaraq uzun müddət birlikdə olan cütlük 2017-ci ilin fevral ayında ayrılır. Elə həmin ildə aktyor İ Donq Gon aktrisa Co Yun Hi (Jo Yoon-hee) ilə ailə həyatı qurur.

 

 

4-cü Kim Go In (Kim Go-eun) və Şin Ha Kyun (Shin Ha Kyun

17 il yaş fəqrinə baxmayaraq cütlük bir il görüşdükdən sonra ayrılmaq qərarına gəlir. Ayrılıq səbəbi iş qrafikinin dolu olması və bu kimi digər səbəblər olur.

 

 

5-ci Kay (Kai, EXO qrupundan) və Kristal (Krystal Jung)

2 illik münasibətdən sonra ayrılan KayStal cütlüyü.

 

 

6-cı İ Sonq Qyonq (Lee Seong-kyung) və Nam Cu Hyok (Nam Joo-hyeok)

İki məşhur serialda birlikdə yer aldıqdan sonra hər iki aktyor sevgili olmaq qərarına gəlir. Uzun müddət sevgili olduqdan sonra ayrılmaq qərarına gələn cütlüyün ayrılıq xəbərini 2017-ci ildə YG Entertainment tərəfindən rəsmi olaraq elan edlir.

 

 

7-ci İ Cun Ki (Lee Joon-gi) və Con Hye Bin (Jeon Hye-bin)

Məşhur serialların birində tanış olan cütlük 2014-cü ildən 2 il sevgili kimi görüşüblər. 2017-ci ilin aprel ayında sevgili olduqlarını rəsmi elan etdikdən bir neçə ay sonra ayrılıblar.

 

 

8-ci İ Min Ho (Lee Min-ho) və Suzi (Suzy)

2015-ci ildə rəsmi olaraq sevgili olduqlarını elan etdikdən 2 ay sonra ayrıldılar.

 

 

9-cu Kay (Kai, EXO qrupundan) və Cenni (BlackPink qrupundan)

 

 

10-cu Yun Bo Ra (Yoon Bo ra) və Fildoq (Feeldog, Big star qrupundan)

2 illik sevgili münasibətlərindən sonra bu ilin may ayında rəsmi olaraq ayrıldılar.

 

Bu siyahıya Sonq Cunq Ki ( Song Joong-ki ) və Sonq Hye Kyo ( Song Hye-Gyo) cütlüyünüdə əlavə etsək yanılmarıq.