//Sonq Sıng Hon və İ Son Bin, yeni bir serialda birlikdə rol oynayacaq

Sonq Sıng Hon və İ Son Bin, yeni bir serialda birlikdə rol oynayacaq

Sonq Sınq Hon və İ Son Bin, tvN-nin “Great Show” adlı yeni serialında baş rolları paylaşacaq.

Aile, dram, komedia, romantika növündəki serial, Ve De Han adlı bir siyasətçinin ətrafında baş verir. Bir gün, Ve De Hanın qarşısına onun qızı olduğunu iddia edən 18 yaşlı gənc bir qız çıxır. Bundan başqa gənc qız və gənc qızın problemli üç qardaşı onun evinə yerləşir.

Sonq Sıng Hon serialda keçmiş bir deputat olan De Han obrazını canlandıracaq.32 yaşında, 19-ci Milli Məclisə deputat kimi daxil olmuşdur. Ancaq 20-ci Parlament Seçkiləri uduzdu və beləliklə, yalnız bir dönəm deputat ola bildi. Seçkiləri uduzmasından bu yana da uğursuz bir siyasi karyerası var. Praktik zəkası, malik olduğu səs tonu və yaxşı görünüşü ilə ulduz bir siyasətçidə olması lazım olan hər şeyə malikdir. Ancaq əsəbi şəxsiyyəti, ən kritik anlarda onu aşağı doğru çəkir.

İ Son Bin serialdabir TV proqramı müəllifi olan Jonq Su Hyon obrazını canlandıracaq. Universitet illərində, Vi De Han (Sonq Seung-Heon) onun sonbesidir. İndilərdə, aktual hadisələri mövzu alan bir TV proqramında yazıçı kimi çalışır. Güclü bir ədalət hissinə malikdir. Bu səbəbdən, başqalarının işlərinə qarışmadan dayana bilməz.

Serialın rejissor kreslosunda “Hide and Seek”, “Cross” və “Tunnel” seriallarının rejissoru Şin Yonq Hvi oturur.

Serialın bu ilin ikinci yarısında yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan