//Sonq Hye Kyo (Song Hye-Gyo) Monakoda Natalie Portman və Nataliya Vodyanova ilə birgə

Sonq Hye Kyo (Song Hye-Gyo) Monakoda Natalie Portman və Nataliya Vodyanova ilə birgə

 

Sevilən aktrisa Sonq Hye Kyo (Song Hye-Gyo) Monakoda təşkil olunan zərgərlik sərgisində iştirak edib. İyul ayının 11-i tarixində Elle Hong Kong və Harper’s Bazaar Hong Kong özlərinin rəsmi Instagram səhfələrində aktrisanın Natalie PortmanNataliya Vodyanova ilə birgə şəkillərini paylaşıb. Xatırladaq ki, Sonq Hye Kyo “Chaumet” adlı brendin asiya ölkələri üzrə rəsmi nümayəndəsi kimi tədbirdə iştirak edib. Aktrisa öz şəxsi Instagram səhfəsində tədbirdən video paylaşaraq bu sözləri deyib: “Chaumet” brendinin nümayəndəsi olmaq mənim üçün xoşbəxtlikdir. “Chaumet” ilə vaxtınızı yaxşı edin”. Paylaşılan şəkillərdən məlum olur ki, aktrisa yuxarıda adı sadalanan məşhurlardan başqa fransız biznesmen, Berluti brendinin direktoru Antoine Arnault ilə birgə şəkil çəkdirib.