Sonq Hye Kyonun şirkəti UAA, pis niyyətli rəylər və söz-söhbətlərlə bağlı açıqlama verib.
“Salam. Bu UAA.
25 iyulda aktrisa Sonq Hye Kyonun şirkəti UAA, Bundanq Polis İdarəsinə təhqir etdikləri və alçaltdıqları ilə bağlı qanunları açıqca pozan insanlara qarşı şikayət ərizəsi göndərib.
Pis niyyətli davranışlar göstərən, yalan söz-söhbətləri yayan və açıqca böhtan və təhqir edən şəxslər ilə bağlı ilk ərizəmizi Polis bölməsinə göndərdik.
Şirkət sübutları topladığı anda başqa sosyal şəbəkələrdəki rəylər və youtuberlər barəsində də tədbirlər görəcək.
Bu işlə bağlı olaraq 28 iyulda hüquqi təmsilçimiz kimi Kim&Chang-ı təyin etdik və qanuni yollara başlamağa hazırıq.
Şirkət heç kəsə mərhəmət və yaxud bazarlıq etmədən güclü addımlar atacaq. Bir daha müraciət edəcəyimiz 2-ci ərizədə müzakirə olmadan məhkəməyə veriləcəyini də bildirilir.
İnsanlar aktrisa haqqında təməlsiz yazılar, pis niyyətli rəylər , hərəkətlər və ağıla gəlməyən sözləri yaymağa davam edir. Bu aktrisanin tək kariyerasına deyil özünə də ziyan verərək acı çəkməyinə səbəb olur.”
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021