//Sonq Hunun (Seong Hoon) meneceri narahaçılığa görə hamıdan üzr istədi

Sonq Hunun (Seong Hoon) meneceri narahaçılığa görə hamıdan üzr istədi

 

İyul ayının 19-da netizenlər aktyor Sonq Hunun (Seong Hoon) maşın dayanacağı ilə bağlı yaranmış problemə münasibət bildiriblər. Belə ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrin birində aktyorun maşın dayanacağı ilə bağlı yayılan “Bu aktyor adətən düzgün yerdə maşının saxlamır. Halbuki, yaşayış binasının xüsusi maşın dayanacağı var. Mən o, binada yaşayan sakinlərdən biri kimi demək istəyirəm ki, bu cür hərəkət bütün yolu keçənlərə, istər piyadalara, istərsə də sürücülər üçün narahatçılıqdır. Bizim nəqliyyat hərəkəti yolu ensizdir. Bir də, aktyor öz maşınını həmin ensiz, dar yolda saxlayaraq olan vəziyyəti daha da gərginləşdirir. Belə olan halda iki maşının yan-yana hərəkət edə bilməsi mümkünsüz olur. Yaranmış bu vəziyyət hamı üçün narahatçılıqdır. Xahiş edirik lazim olan yerdə maşınınızı saxlayın. Siz maşını daynacaqda saxlayıb bir neçə addım özünüz getməklə qorxulu, təhlükəli heç nə baş verməyəcək. Əgər bu şikayətimə diqqət ayrılmasa, mən aktyorun kimliyini açıqlayaraq yuxarı orqanlara müraciət edəcəyəm” bu xəbərin nə dərəcədə həqiqət olub olmadığı sualı təkcə netizenləri deyil də hamını narahat etməyə başladı. Mövzunun get-gedə böyüdüyünü, netizenlərin aktyorun kimliyin araşdırması və hüquq mühafizə orqanlarına müraciət kimi xoşa gəlməz hadisələr olmamış aktyor Sonq Hunun (Seong Hoon) agentiyi KİV-nə açıqlama verərək, aktyorun kimliyini özləri açıqlayaraq, yaranmış vəziyyətə görə həm sakinlərdən, həm sürücülərdən, həm də pərəstişkarlardan üzr istəyiblər. Açıqlamada belə deyilir: “Yaranmış bu vəziyyətə görə biz hamıdan üzr istəyirik xüsusəndə bizim maşına görə narahatçılıq yaşayan hər bir kəsdən. Yaranmış bu xoşa gəlməz hadisəyə səbəb maşının yekə olmasıdırr. Bu səbəbdən biz maşın dayanacağına daxil ola bilmirdik. Belə olduğu halda ərazidə yaşayan hamı üçün narahatçılıq yaratmış olurduq. Yaxın vaxtlarda köhnə maşını yenisi ilə əvəz edərək bu problemi kökündən həll edəcəyik”.

 

TAGS: