Sonq Hun və Han Bo Rım, Dramax və MBN tərəfindən hazırlanan yeni serialda başrol obrazını canlandıracaqlar.
”Level Up” adlı romantik komediya janrındakı serial, müflis olan bir oyun şirkətini yenidən qurmaq üçün çalışan mütəxəssis An Dan Te və oyun aşiqi Şin Yon Hva-dan bəhs edir.
Sonq Hun, yenidən qurma mütəxəssisi olaraq Yu Sonq CRC(Yoo Seong CRC)-nin baş idarəçisi An Dan Te obrazını canlandıracaq. An Dan Te “soyuq şəhər adamı”-dır. Duyğularını, möhtəşəm işciliyini və soyuqqanlı sərtliyini ifadə etməyən üzü vardır. Kəskin xarizması və soyuq cazibəsi ilə izləyicilərin qəlbini əridəcək.
Han Bo Rım isə An Dan Te ilə birlikdə çalışan və müflis olan oyun şirkəti “Joy Buster”-in işcisi Şin Yon Hva obrazını canlandıracaq. An Dan Teni razı salmaq üçün yeni bir oyun yaradacaq olan Şin Yon Hva , tez-tez An Dan Te ilə münaqişə etməyə başlayacaq.
Soyuq An Dan Te və işində ehtiraslı Şin Yon Hva arasındakı münasibət serialdakı həyəcanı iki qatına çıxardacaq.
”Level Up” serialının iyulun 7-si ekranlara verilməsi gözlənilir.
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020