//Sonq He Kyo (Song Hye-kyo) “Jet Tone Films” ilə müqavilə imzaladı!

Sonq He Kyo (Song Hye-kyo) “Jet Tone Films” ilə müqavilə imzaladı!

 

Sevimli aktrisa Sonq He Kyonun (Song Hye-kyo) rəsmi agentliyi “United Artist Agency” tərəfindən verilən məlumatlarda belə deyilir “Aktrisa Sonq He Kyo (Song Hye-kyo) Vonq Kar Vainin (Wong Kar-wai) rejissorluğuna məxsus “Jet Tone Films” ilə müqavilə imzalayıb”. Qeyd edək ki, “Jet Tone Films” agentliyinin əsas idarəsi Honkonq şəhərində yerləşir. Aprel ayının 14-də Honkonq şəhərində təşkil olunan kino tədbirində, aktrisa mükafat alıb. Elə həmin tədbirdə də bu xəbəri ilk dəfə özü elan edərək müsahibə verib. O, öz müsahibəsində çinli rejissorlar və aktyorlar ilə işləmək arzusundan bəhs edib. Daha əvvəllər aktrisa rejissor Vonq Kar Vai (Wong Kar-wai) ilə 2013-cü ildə çəkilən “The Grandmaster” filmində birgə işləmişdirlər. Əvvəlki müsahibələrində də, yenidən rejissor  Vonq Kar Vai (Wong Kar-wai) ilə birgə işləmək istədiyini demişdi.

Qeyd edək ki, “Jet Tone Films” yayılan bu xəbərlərə açıqlama verərək belə deyib ” 2013-cü ildə çəkilən “The Grandmaster” filmində birgə işlədiyimiz aktrisa Sonq He Kyo (Song Hye-kyo) uzaqlardan bizə gələrək, dağları, okeanları aşıb gəlib. Xoş gəlib” .