//Sonq Donq Il, Ha Ci Von və Kim Yun Cin Yeni Bir Filmdə

Sonq Donq Il, Ha Ci Von və Kim Yun Cin Yeni Bir Filmdə

Sonq Donq Il, Ha Ci Von və Kim Yun Cin “Collateral” adlı Yeni Bir Filmdə birlikdə rol alacaqlar.

Film, 1993-cü ildə və indiki vaxtda baş verən hadisələrdən bəhs edir. 1993-cü ildə Do Sok (Sonq Donq Il) Inçonun borc toplayıcısı idi. Xarici görünüşü hər kəsi qorxutsa da, əslində o, səmimi bir insandır. Bir gün borcunu toplamaq üçün Myonq Ca (Kim Yun Cin) ilə görüşür. Gözlənilməz bir şəkildə, Myonq Ca qızı Senq Yi-ni (Park So Yi) zəmanət olaraq ödəyir. Çox keçmədən Myonq Ca, qaçaq olduğuna görə Cənubi Koreyadan deportasiya edilir. Do Sok, heç kimi olmayan Senq Yi-ni qorumağa çalışır.

Ha Ci Von, filmdə Seung-Yi-nin böyük halını canlandıracaq.

Filmin rejissoru “Harmony” filminin rejissoru olan Kanq Da Qyu-dur. Ayrıca rejissor Kanq Da Qyu və aktrisa Kim Yun Cin “Harmony” filmində bərabər çalışmışlar.

Filmin çəkimlərinə aprel ayında başlanacaq. Ayrıca filmin bu ilin ikinci yarısında, Koreyada nümayiş olunması gözlənilir.