Sonq Cunq Ki növbəti layihəsini seçmək üçün çalışır!
İyulun 18-də OSEN tərəfindən aktyorun “Bogotá” filmində baş rol oynayacağı bildirildi.
Cavab olaraq, Blossom Entertainment agentliyi şərh etdi: “Sonq Cunq Ki “Bogotá” filmində oynamaq üçün təklif aldı və bunu nəzərdən keçirir.”
Film 1990-cı illərdə Kolumbiyaya köçən 30 yaşındakı koreyalı bir insan haqqında olan aksiyon janrındadır. Boqota şəhərində çəkilən filmin yüzdə 90-dan çoxu Kolumbiyada çəkiləcək. Çəkilişlər bu ilin dekabrından 2020-ci ilin yanvar ayına qədər keçiriləcək.
Xatırladaq ki, Sonq Cunq Ki hazırda “Lighting Ship” adlı fantastik filmi çəkir.
Latest posts by Elmina Səfərova (see all)
- Guiness Dünya Rekordları ROSÉnin iki dünya rekordu qırdığını açıqladı - 09 Aprel 2021
- f(x)dən Victoria SM Entertainment ilə yollarını ayırdı - 09 Aprel 2021
- EXO qrupu yeni albomu ilə geri dönüş edəcək - 09 Aprel 2021