//Sonq Cunq Kinin yer aldığı “Arthdal Chronicles” serialının ilk fraqmenti yayımlandı

Sonq Cunq Kinin yer aldığı “Arthdal Chronicles” serialının ilk fraqmenti yayımlandı

Əsas heyətində Sonq Cunq Ki, Canq Donq Qon, Kim Ci Von, Kim Ok Vin və Ço Sonq Hanın yer aldığı “Arthdal Chronicles” serialının ilk fraqmenti yayımlandı.

Serial, qədim dövründə, Asdal adlı bir diyarda baş verir. Bir gün, Asdalın sonunu gətirən bir uşaq (Sonq Cunq Ki) dünyaya gəlir.

Sonq Cunq Ki serialda Asdala fəlakət gətirəcək bir taleylə dünyaya gələn In Som obrazını canlandırır. Anası onun həyatını xilas etmək üçün bir çox mübarizə aparmışdır. Buna görə, bir çox çətinliklə qarşılaşaraq böyümüşdür. Bir gün, Asdala qayıdır.

Canq Donq Qon serialda müharibə qəhrəmanı olan Ta Qon obrazını canlandırır. Asdaldakı ən güclü adamdır və Asdalın rifahlı şəhəri halına gəlməsini təmin etmişdir. Asıdalın ilk kralı olmağı xəyal edir.

Kim Ci Von sırada In Som ilə eyni yolla doğan Tan Ya obrazını canlandırır. Vahan qəbiləsinin varisidir. Bir çox çətinliyi keçərək vəzifəsini yerinə yetirir. Sonra hamı tərəfindən hörmət görməyə başlayır və dürüst siyasətçi olur.

Serialın rejissor kreslosunda “My Mister”, “Signal”, “Misaeng”, “Monstar” və “Sungkyunkwan Scandal” seriallarının ekranlaşdırılmış Kim Von Sok oturur. Serialın ssenaristliyini “Six Flying Dragons”, “Tree With Deep Roots” və “The Great Queen Seondeok” (TRT1 ekranlarında yayımlanan “Möhtəşəm Kraliça”) seriallarını birlikdə qələmə alan Kim Yonq Hyon və Park Sanq Yon edir. Həmçinin Kim Yonq Hyon populyar “A Jewel in the Palace” (TRT1 ekranlarında yayımlanan “Saraydakı Ləl-cəvahirat”) serialının da ssenaristidir.

Serial bu ilin iyun ayında, yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan