//Sonq Cunq Kinin (Song Joong-ki) “Arthdal Chronicles” serialından qeyri adi şəkil-tizrləri yayımlandı!

Sonq Cunq Kinin (Song Joong-ki) “Arthdal Chronicles” serialından qeyri adi şəkil-tizrləri yayımlandı!

 

Əvvəlki məqalələrimizdə Sonq Cunq Kinin (Song Joong-ki) “Arthdal Chronicles” adlı yeni serialda, baş rol oynayacağı haqqında məlumat vermişdik. Serialın süjet xətti haqqında daha ətraflı buradan oxuya bilərsiniz. Serialın senaristləri Kim Yunq Hyun (Kim Young Hyun) və Park Sanq Yonun (Park Sang-yeon) aktyor Sonq Cunq Ki (Song Joong-ki) ilə “Deep Rooted Tree” serialından sonra ikinci birgə işləri hesab olunur. Senaristlər aktyor və serialdakı rolu haqqında ətraflı məlumat verərək, fikirlərini bölüşüblər. Onlar belə deyiblər: “Biz bir neçə il bundan əvvəl Sonq Cunq Ki (Song Joong-ki) ilə ilk işimizdən sonra onun haqqında belə demişdik “Onun dərhal özündən çıxmağına baxmayaraq ayıqlığını heç vaxt itirmir” hal hazırda da biz bu fikirdəyik. Sonq Cunq Kinin (Song Joong-ki) aktyorluq peşəkarlığı  yuxarıda dediyimiz kimi bu iki zidd xüsusiyyətləri öz idarəsində saxlamağı və idarə etməyi bacaracaq səviyyədədir. Bax buna görə də biz onun peşəkarlığının sevirk.” Senaristlər düşünürlər ki, aktyorun bu peşəkar xüsusiyyətiləri “Arthdal Chronicles” serialındakı In Som obrazının canlandırmasında özünü biruzə verəcək. Bundan başqa serialın senaristləri aktyorun rolunun izlədikdən sonra nəzərlərini çəkən bəzi nüansalardan bəhs edərək onun baxışları haqqında belə deyiblər: “Onun baxışları bizə “mən heç nə bilmirəm, amma mən çox ağıllıyam. İndi mənim gücüm çox azdır buna baxmayaraq sonda uduzan mən olmayacağam” deyir. Hansı ki, məhz bu baxışlar serialada tam bizim istədiyimiz kimidir”. Sonda senaristlər öz fikirlərini bu sözlərlə tamalayıblar: “Arthdal Chronicles” serialında izləyicilər Sonq Cunq Kini (Song Joong-ki) deyil In Somu görəcəklər. Sözlərimizin nə dərəcədə həqiqi olduğuna əmin olmaq üçün xahiş edirəm bizi izləyin”

Serialın yeni yayımlanan şəkil-tizrlərinə gəlin birlikdə baxaq.