//Sonq Cunq Ki yeni filmdə baş rol təklifini qəbul edəcəkmi?

Sonq Cunq Ki yeni filmdə baş rol təklifini qəbul edəcəkmi?

 

Sevilən aktyor Sonq Cunq Ki (Song Joong-ki ) bu gün yeni filmdə baş rol oynayacağı haqqında məqalə ilə gündəmə gəlib. Son vaxtlar aktyorun boşanması haqqında yazılan xəbərlər, “The Chronicles of Asadal” serialının texniki səbəblərdən yayımlanmasında fasilələrin yaranması, adı yazılan serialın boşanma xəbərlərdən sonra izlənmə reytinqlərinin azalması və s. bu kimi qalmaqallı xəbərlər aktyorun sadəcə şəxsi həyatında deyil də, yaradıcılığında da tənəzül yaşadığı düşüncələri pərəstışkarları və bütün Sonq Cunq Ki izləyənlərini narahat ediridi. Sevilən aktyor bütün baş verən yalnış anlaşılmazlıqlara, xoşa gəlməz hadisələrə cavab olaraq rejissor, ssenarist Kim Sonq Cenin (Kim Sung-Je) yeni film təklifinə razılıq verib. Blossom Entertainment agentliyinin verdiyi açıqlamada belə deyilir: “Aktyor Sonq Cunq Ki “Bogota” adlı yeni filmdə baş rol oynamaq təklifi alıb. Və hal-hazırda təklif haqqında müsbət düşünür”. Filmin süjet xətti 1990-cı illərdə Kolumbiyaya imiqrasiya edən koreyalıdan bəhs edir. Filmin çəkiliş proseslərinin 90% Kolumbiyada olması planlaşdırılır. Sonq Cunq Ki hal-hazırda elmi, fantastik janrda çəkilən “Lightning Ship” adlı filmdə və “The Chronicles of Asadal” serialında baş rol obrazını canlandırır. Hər iki layihə bitən kimi aktyor “Bogota” filminin çəkilişlərinə başlayacaq. Filmin çəkilişləri dekabr-yanvar aylarına planlaşdırılıb.