//Sonq Cunq Ki (Song Joong-Ki) və Sonq Hye Kyo (Song Hye-Gyo) rəsmi olaraq ayrılır

Sonq Cunq Ki (Song Joong-Ki) və Sonq Hye Kyo (Song Hye-Gyo) rəsmi olaraq ayrılır

 

İyun ayının 27-də aktyor Sonq Cunq Kinin (Song Joong-Ki) şəxsi vəkili, KİV-nə rəsmi açıqlama verərək belə deyib: “26 iyun tarixində biz hüquqi firma olaraq, müştərimiz aktyor Sonq Cunq Ki (Song Joong-Ki) adından rəsmi olaraq boşanamaq haqqında ərizə ilə məhkəməyə müraciət etmişik. Bununla yanaşı aktyor özü şəxsən bu xəbərin ictimaiyyətə elan olunmasını xahiş edib”. Aktyor Sonq Cunq Ki (Song Joong-Ki) boşanma haqqında yayılan xəbərlərə açıqlama verərək: “Hamını salmalayıram. Əvvəla, məni sevən və məni düşünən bütün pərəstişkarlardan belə üzücü xəbərə görə üzr istəyirəm. Mən Sonq Hye Kyo (Song Hye-Gyo) ilə boşanma proseslerini artıq başlatmışam. Düşünürəm ki, proses bir-birimizi qınamadan, ittiham etmədən, sülh məramlı formada yekunlaşacaq. Mənim üçün şəxsi həyatım haqqında açıqlama vermək çox çətindir. Məni başa düşməyinizi sizdən xahiş edirəm. Sizə kədərli xəbər verdiyim üçün özümü günahkar bilirəm amma düşünürəm ki, gələcək yeni işlər ilə yenidən sizi sevindirəcəyəm. Söz verirəm. Hamıya təşəkkür edirəm”. Qeyd edək ki, cütlük 2016-ci ildə KBS2 kanalında yayımlanan “Descendants Of The Sun” (çox maraqlı seriallardan biridir) serialının çəkilişlərində tanış olub, sevgili olmuşdular. Təqribən bir il sonra 31 oktyabr 2017-ci ildə ailə həyatı qurmuşdular.