//Sonq Cunq Ki (Song Joong-ki) “Confession”serialının qəhrəmanı Li Cun Honu (Lee Jun-ho) dəstəklədi

Sonq Cunq Ki (Song Joong-ki) “Confession”serialının qəhrəmanı Li Cun Honu (Lee Jun-ho) dəstəklədi

Sevimli aktyor Sonq Cunq Ki (Song Joong-ki) yuxarıda adı keçən serialın baş qəhrəmanı, 2PM qrupunun üzvü, Li Cun Honu (Lee Jun-ho) dəstəkləyir. Mart ayının 31-də Li Cun Ho (Lee Jun-ho) şəxsi Instagram səhfəsində şəkil paylaşaraq belə yazıb  “Sonq Cunq Ki (Song Joong-ki) çox sagol. Son zamanlar uğur məni izləyir. Mənə göndəridiyin hədiyyədən həzz alıram.” Qeyd edək ki, sevimli aktyor Sonq Cun Ki (Song Joong-ki) çəkilş qrupunun bütün heyyətinə meyvə şirəsi göndərərək, bu sözləri qeyd edib  “Etiraf edirəm ki, Li Cun Honu (Lee Jun-ho) və “Confession”-nun çəkiliş qrupuna dəstəkləyirəm. İçin və güclənin” yazısını yazıb. Bizim əliaçıq aktyorumuz bundan əvvəl Li Cun Honu (Lee Jun-ho) dəstəkləmək üçün 2017-ci ildə çəkilən “Just Between Lovers” serialının çəkiliş qrupunun hər bir üzvünə yemək göndərmişdi.  Sonq Cunq Ki (Song Joong-ki) hal-hazırda  “The Chronicles of Asadal” serialının çəkilişlərində işləyir. Bu serial haqqında növbəti məqaləmizdə geniş məlumat verəcəyik.