//Solnal Bayramı: Ay təqvimi ilə yeni il

Solnal Bayramı: Ay təqvimi ilə yeni il

Solnal (Ay Yeni il, ay təqviminin ilk günü) Koreyanın ən məşhur milli bayramlarından biridir. Çoxları Sinjeong (Günəş Yeni ili, Gregoryen / Qərb təqviminin 1 yanvarı) qeyd edərkən, Koreyalılar üç gün davam edən Seollalı qeyd edirlər (gün, gündən əvvəlki və gündən sonrakı). Bu il Seollal,  Qriqorian təqvimi  ilə 5 Fevral tarixində düşür.

Solnal 설날 Cənubi Koreyada ən çox qeyd olunan bayramdır. Bu bayram təkcə yeni ilin gəlməyini qeyd etmək deyil, həmçinin  ailə üzvləri bir-birləri ilə vaxt keçirməsi , əcdadlarına hörmətləri göstərmə və ziyafət verilməsi üçün bir vaxtdır! Koreyalılar  Aysal Yeni İli, ay təqviminin ilk gününü qeyd edirlər. Bu qış gündönümündən sonra ikinci ayın ilk günüdür. Ay yeni ilinin günü dəqiq deyildir ildən-ilə dəyişir.

Solnal bayramı günündən bir gün əvvəl başlayır və Ay Yeni ilindən sonrakı gün sona çatır. Solnal zamanı Cənubi Koreyada ictimai tətil olur. Bu müddət ərzində bir çox müəssisə bağlanır və ödənişli məzuniyyət verilir və ailələr səyahət edə bilərlər. Hal-hazırda bir çox koreyalı  yanvarın 1-də Qriqorian təqvimin ilə Yeni il günü qeyd edir, lakin bu Solnal bayramı qədər böyük deyil.

Solnal’dan əvvəl: Hazırlıqlar!

Koreyada, Sollal üçün hazırlıqlar bir neçə gün əvvəldən başlayır. Yeməklər əvvəlcədən hazırlanır və insanlar valideynləri və yaxınları üçün hədiyyələr almağa başlayır. Bir çox insanlar üçün Solnal üçün hazırlığin mühüm hissəsini onların məmləkətləri ziyarət səyahəti təşkil edir. Hər kəs satılıb qutarmazdan əvəl avtobus, qatar və ya təyyarə bileti sifariş etməyə çalışır Tətil zamanı səyahət ağır trafik səbəbindən normal günlərdən 2-4 dəfə daha çox sıxlıq olur.

Hədiyyə vermə

Solnal hədiyyələri iqtisadi vəziyyət və hədiyyə tendensiyalarından asılı olaraq hər il fərqlənir, lakin ən məşhur olanlar mağazadan hədiyyə kartları və nağd pullardır. Valideynlər üçün məşhur hədiyyələrə ginseng, bal, sağlamlıq məhsulları və masaj oturacaqları daxildir. Digər ümumi hədiyyələr şampun, sabun, diş macunu və ya spam, tuna, hanqva (ənənəvi şirniyyat və çərəz), qurudulmuş və ya təzə dəniz məhsulları, hanu (Koreya mal əti) və meyvələrdən ibarət hədiyyə dəstləri daxildir.

Çarye 차례 (Əcdadları anma)

Bayramın ilk günü Çarye ilə başlayır.Çarye , əcdadların ruhunun rahatlığı və  sağlamlığı üçün dua edilən bir anma mərasimidir. Ailə üzvləri bəzənir və ya hanbok (ənənəvi Koreya paltarı) geyinirlər. Hər kəs ata-baba ayin üçün hazırlanan  masanın qarşısında toplanır. Ritual yeməklər bölgəyə görə dəyişir, amma ümumi olanları tteokquk , düyü, ət, dəniz məhsulları, içki, meyvə və tərəvəzdir. Mərasim atalarınızı salamlamaqla başlayır. Mərasimdə atalar üçün dualar edilir və yeməklər verilir. Ayinin axırında, eumbok adlanan ritual yemək paylanır bu, atalarının ümidlərini və ləyaqətini iştirak edənlərə əmənət edənlərə verilir.

Sebe 세배 və Sebetdon 세뱃돈

Yemekdən sonra, uşaqlar (və ya ailənin gənc üzvü), Sebe (세배)  edərlər, yəni ailənin yaşlı üzvlərini salamlayarlar. Salamlama forması qadın və kişilərdə fərqlidir. Salamlama edərkən ” yeni iliniz mübarək” və ya “yeni ildə bol qazanc” mənasına gələn “Sehe boq manhi badıseyo”  (새해 복 많이 받으세요) deyirlər. Sebe şükür etməkdi və onun qarşılığında Sebetdon (세뱃돈) bayram pulu alırlar.  Alınan bütün sebedon daha sonra bokjumoni  adı verilən tormaya qoyulur.

Ənənəvi Solnal oyunu Yunori

Solnal bütün ailənin birlikdə əyləncəli fəaliyyətlərlə məşğul olma imkanıdır. Ən ümumi fəaliyyət yunnori, dörd taxta çubuq ataraq oynanan bir oyunudur. Bu oyun, yaşdan asılı olmayaraq bütün ailə üzvlərinin asanlıqla öyrənib oynaya biləcəyi oyundu. Yunnori,  komanda ilə oynanılır dörd çubuq atılır gələn nəticəyə görə daşları hərəkət etdirili, yolu birinci tamamlayan komanda qalib gəlir.Qazanan mükafat, uduzan komandaya isə cəza verilir.

Koreya Yeni İl Yeməkləri

Solnal ən böyük hissəsi qidadır!  Tteokguk, Solnal bayramının təmsilçisidir. Tteokquk bir qab yemək  sağlamlıq və uzun ömür ilə yanaşı, bir il daha böyüməyin simvoludur. Yeni ildə ən çox eşidilən sual “Tteokqukun necə kasa yediniz?” sualıdı Bu, birinin yaşını təxmin etmək və ya zarafatlaşmaq üçün edirlər.

Bundan əlvə bayramda başqa yeməklər də hazırlanır.Solnal bayramında bir neçə növ jeon (pancake) hazırlayırlar. Bəzi məşhur con buçimcon, kimçi con və senqson con (balıq) vardır. Qalbi cim xüsusi hallar üçün hazırlanmış məşhur bir ət yeməyidir. Bu kök və kartof ilə şirin və duzlu sousda bişirilmiş qaburğa yeməyidir.Çapçe, Koreyanın şəffaf  əriştə, ləzzətli və rəngli tərəvəzlərdən hazırlanan əzzətli yeməyidir.

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər