Solar, MAMAMOO-nun lideri olaraq yaşadığı sıxıntılardan danışdı.
14 martda TVN-nin “Life Bar” proqramına qonaq olan Solar: “Gec yaşda məşqlərə başladım. 22 yaşım vardl və bura çox da tanış deyildi. Evdə ən cavan mən idim amma şirkətə gələndə eonni olurdum. Bu çox bəlli idi.”- deyə müsahibə verib.
Ən köhnə üzv olaraq Solara şirkət tərəfindən qrupa liderlik etmək vəzifəsi verilib. Bununla birlikdə Solar, təcrübəsizlikdən nəyin necə ediləcəyini bilmirdi. Qrup üzvlərinə sərt davranırdı.
Solar :“ Qrup üzvlərimə, xüsusilə Hvasaya heç yaxşı söz demədim. Hvasa bir dəfə mənə “Eonni, mənə nifrət edirsən?” – deyə sual verdi.
Hvasa : “Tez-tez mübahisələrimiz olurdu. Eonninin eyni zamanda birinin ona rəhbərlik etməyinə ehdiyac duyduğunu bilmirdim.”
Solar son olaraq Hvasanın “Twit” mahnısı ilə əldə etdiyi qələbəsindən danışdı və Hvasanın 1 nömrə olduğunu görəndə göz yaşlarını tuta bilmədiyini söylədi.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021