//Sol Hyunun “My Country” serialında rol oynayacağı dəqiqləşdi

Sol Hyunun “My Country” serialında rol oynayacağı dəqiqləşdi

“AOA” qrupundan Sol Hyun JTBC-in “My Country” adlı yeni serialında qadın başrol xarakterini canlandıracaq.

Sol Hyunun agentliyi, FNC Entertainment, aktrisanın serialda rol oynayacağını açıqladı.

Bu serial, Sol Hyunun 4 ildən sonra rol aldığı ilk serial olacaq. Sol Hyun axırıncı dəfə, 2015-ci ildə “Orange Marmalade” serialında rol oynamışdı.

Serial, Qoryo xanədanlığının sonu ilə Coson xanədanlığının başlanğıc dövründə, sevdiklərini qorumağa çalışan üç nəfərin ətrafında baş verəcək. İki yaxın dost olan So Hvi (Yanq Se Conq) və Nam Sun Ho (Vu Do Hvan), “mənim ölkəm” məsələsindəki fikir ayrılıqlarına görə qılınclarını bir-birinə qarşı yönəldir.

Sol Hyun, serialda ölkəsindəki qanunsuzluqlara qarşı döyüşən Han He Je obrazını canlandıracaq. “Yihvaru” adlı kəşfiyyat qrupunun lideri kimi böyüdülür. Döyüş sənətlərində olduqca istedadlı və zəkalı biridir.

Serialın rejissor kreslosunda “Just Between Lovers”, “The Package”, “Wonderful Days” və “Nice Guy” (“The Innocent Man”) seriallarını ekranlaşdırmış, Kim Cin Von oturur. Serialın ssenaristliyini “Inspiring Generation” və “Master: God of Noodles” seriallarını qələmə alan Çe Sunq De edir.

Serialın ilk bölümü 2019-cu ilin ikinci yarısında yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan