//Sokço şəhərində yanğın

Sokço şəhərində yanğın

Cənubi Koreyanın Sokço(Sokcho) şəhərində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində şəhər əhalisi evlərini boşaltmaq məcburiyyətində qalıb.

Cənubi Koreyanın şimal-şərq bölgəsi fövqəladə vəziyyətdədir. Davamlı meşə yanğını başqa şəhərlərə doğru sürətlə yayılır. Yanğının səbəbinin yol qırağında yerləşən yanacaq doldurma məntəqəsi olduğu güman edilir.

Hadisə yerinə 73 yanğın söndürmə işcisi ilə birlikdə 23 yanğın söndürmə maşını cəlb olunub. Lakin güclü küləklə bağlı olaraq yanğını nəzarət altına almaq çətindir. Yanğın 1 saat müddətində 5km sürətlə yayılıb.

Sokço yanğın söndürmə məntəqəsi Seul, Qyonqqi və Çunqbok  kimi qonşu şəhərlərdən kömək istəyib. Yanğın sürətlə yayılarkən, 800-dən artıq şəhər sakini evlərindən və şəhərdən çıxarılıb. Hökümət, əhalinin qonşu məktəblərə və təhsil müəssəsələrinə getmələri ilə bağlı rəsmi bildiriş yayımlayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb və 11 müxtəlif bədən xəsarətləri alaraq yaralanıb. Hadisə yerində olan müxbirlər daha çox ölüm və yaralı olacağını bildirib.

Sokço, Seuldan qatarla sadəcə 2,5 saat uzaqlıqda  yerləşən məşhur şəhərdir. Şəhər, tətil və istirahət mərkəzləri ilə tanınır.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova