Sohyun (Seohyun) mart ayının 15-də öz rəsmi Instagram səhifəsində şəkillər paylaşıb. Şəkilləri “Dostluq mühiti” olaraq qeyd edib. Paylaşılanlardan görünən odur ki, Sohyun (Seohyun) yeni agentliyindən çox razıdır. Nəzərinizə çatdırıram ki, “Girls’ Generation” qrupunun üzvü olan xanım müğənni bu yaxınlarda “Namoo Actors” agentliyi ilə müqavilə bağlayaraq, bundan sonra karyerasını aktrisa kimi davam etdirəcəyi qərarına gəlib.
Pərəstişkarları şəkillərin altında ona “Uğurlar!”, “Səni yeni serialda gözləyirik”, “Aktrisa Sohyun (Seohyun)” kimi sözlər yazaraq onu dəstəklədiklərini bildiriblər. Bizdə, ona uğurlar arzulayırıq. Qeyd edək ki, “Moon Lovers” serialında oynadığı rolla bir çoxlarını özünə sevdirə bildi.
Latest posts by Turan Suleymanova (see all)
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020