//So Kanq Cunun (Seo Kang Joon) iştirakı ilə yayımlanacaq olan serialın yeni video və şəkil tizri yayımlandı

So Kanq Cunun (Seo Kang Joon) iştirakı ilə yayımlanacaq olan serialın yeni video və şəkil tizri yayımlandı

 

OCN kanalının yeni serialı “Watcher” serialının foto və video tizrləri yayımlandı. Yayımlanan video tizrdə baş qəhrəman avtobusda musiqiyə qulaq asaraq yol gedir. Bu səhnədən sonra “Gözətçiləri kim izləyir?” cümləsi yazılır. Aktyor So Kanq Cun (Seo Kang Joon) canlandırdığı obraz haqqında belə deyir : “Qəhrəmanım haqqında düşünülən hər bir təxmin yalnışdır. O. çox hissiyatlıdır bununla yanaşı nöqsanlarıda çoxdur. O çox tərs və kobuddur. Bütün bu xüsusiyyətlərə baxmayaraq o, hamını özünə valeh etməyi bacarır”. Çəkiliş heyəti isə: “Bir aktyor kimi So Kanq Cun (Seo Kang Joon) öz qəhrəmanına bütün gücünü verir.  O, baş qəhrəmanın, daxili, mürəkkəb emosiyarını peşəkarıqla təqdim edə bilir. Həyacan dolu səhnələrin öhdəsindən mükəmməl gəlir” belə deyir. “Voice-3” serialının çəkiliş proseseləri bitikdən sonra “Watcher” serialının yayımlanması planlaşdırılır.