O, «Be With You» filminin çəkilişlərindən sonra, evlənmək haqqında düşündüyün dedi.
Film dünyasını dəyişən qadının, ölüm ayağında həyat yoldaşına verdiyi sözdən bəhs edir. Qadın son nəfəsində bir ildən sonra, yağışlı bir gündə geri qayıdacağına söz verir. Verdiyi sözün üstündə duraraq, möcüzəvi şəkildə həyata yenidən qayıdan qadın, yaddaşını itirmiş vəziyyətdə olur. Bu filmdə, So Ci Sob (So Ji-sub) həyat yoldaşının ölümündən sonra, oğlunu tək başına böyüdən ər rolunu canlandırır.
So Ci Sob (So Ji-sub) əvvəlcə bu rolda oynamaq istəmədiyini qeyd etdi. “Çunki, bu rolun öhdəsindən gələ biləcəyimə ümüd etmirdim” dedi. “Amma roldakı xarakterlə daha yaxından tanış olduqca və rola girdikcə emosiyyalar öz özünə gəlirdi. Adətən, mən filmlərə baxanda ağlamıram, amma bu filmə baxanda özümdən aslı olmadan gözlərim dolurdu. Bu film mənə uşaqlığımı xatırladır” deyib.
“Filmin çəkilişləri məni sevməyə həvəsləndirdi. Mən umumiyyətlə bu haqqda düşünmürdüm ən azından bundan əvvəl ki filmim olan «The Battleship Island» da, bu fikrə heç düşməmişdim. Filmdə oğlum rolunu oynayan Kim Ci Xva ilə tanışlıqdan sonra mən çox dəyişildim. Düşünürəm ki, evlilik haqqında daha dərindən düşünməliyəm. Əlbəttə ki, mən evlənəndə həyat yoldaşını uşaqlarından daha çox sevən ər olmaq istəyirəm”.
20 miyon Amerika dollar məbləğində pul gətirən bu film ilk dəfə 1 il bundan əvvəl ekranlara verilib.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020