//SM Yunho ilə bağlı açıqlama verdi

SM Yunho ilə bağlı açıqlama verdi

Bir-neçə gün bundan əvvəl Koreada saat 10-dan sonra komendant saatı səbəbindən bütün restoranların bağlı olmasına baxmayaraq, TVXQ üzvü Yunho qadağanı pozduğu və bir restoranda olduğu ortaya çıxdı. Yunho qaydanı pozduğu üçün üzr istədi.

MBC-nin “Newsdesk” hesabatına görə, Yunho-nun getdiyi yer restoran deyil, yalnız üzvlərin girə biləcəyi qanunsuz fəaliyyət göstərən yetkin insanlar üçün əyləncə barı idi. (qadın işçiləri yanınıza çağırıb onlarla birlikdə içirsiniz,  bu yerlərə “salon” da deyirlər) Yunho gecə saatlarına qədər üç dostu və bir qadın işçi ilə içki içdi.  Polis gəldikdə, Yunho qaçmağa çalışdı və dostları Yunho-nun qaçması üçün polislə fiziki bir dava etdilər.

 

SM Yunho-nun qadın işçi ilə oturduğunu və polisdən qaçdığını inkar etdi

“Salam SM Entertainmentdir

Bu gün Yunho haqqında bir yalan məlumat çıxdı və bu mövzuda izahımızı paylaşırıq.

Əlbətdə ki, Yunho-nun sosial məsafə qaydalarına riayət etməməsi səhv idi və buna görə çox peşman olduğunu bildirdi.  Ancaq sosial məsafə qaydalarını pozmaqdan başqa səhv bir iş görmədi.

Dostu Yunho ilə bir problem haqqında danışmaq istədiyini söylədi. Yunho-nun etdiyi şey dostunun gəl dediyi yerə getmək idi. İlk dəfə o yerə getmişdi.

Bundan əlavə, Yunho ilə vaxt keçirən insanlar yalnız dostları idi. Onların yanında oturan bir qadın işçinin olması doğru deyil.  Polis gəldikdə, ödənişlə maraqlanmaq üçün  məkan rəhbərləri var idi, qadın işçi yox idi. Yunho-nun polislər gələndə qaçmağa çalışması da doğru deyil.  Əksinə, vəzifələrini yerinə yetirən polis və dövlət məmurları ilə səmimi bir şəkildə əməkdaşlıq etdi və bu səbəbdən hadisə yerində şəxsiyyətini təsdiqlədikdən sonra evlinə göndərildi. Yunho-nun bəzi dostları, polis olduqlarını anlamadan 10-dan çox mülki geyimli polisin qəfildən içəri girdiyini görüb etiraz etdilər. Lakin bu, Yunho ilə heç bir əlaqəsi olmayan bir şeydi.

Faktlar təsdiqlənmədən əvvəl yalan xəbərlər vermək çox üzücüdür.

Səhvinə görə tənqid və cəza qəbul ediləcək, ancaq yalan fərziyyələrdən qaçınmağınızı xahiş edirik.”