//“SM Entertainment” Minhonu hərbi xidmətə yola salma tədbirində

“SM Entertainment” Minhonu hərbi xidmətə yola salma tədbirində

 

Bu gün səhər saatlarında, SHINee qrupunun üzvü Minhonun hərbi xidmətə yola salma mərasimi baş tutub. Sevimli müğənni dəniz təlimləri mərkəzinə qəbul olunaraq, hərbi xidmətini orda icra edəcək. Qeyd edək ki, adı keçən mərkəz şimali Gyeongsang bölgəsinin, Pohang-si şəhərində yerləşir. Minhonu tədbir boyu ailəsi ilə birlikdə  “SM Entertainment”-in bir çox müğənniləridə müşayət edərək, onu tək qoymamağa çalışıblar. Qrupun digər üzvlərinində hərbi qulluqda olması səbəbindən, Minhonu sadəcə Temin yola salıb. Belə ki, o, hərbi qulluğunu 2018-ci ildə icra etmişdir. Bundan başqa həmin tədbirdə Kyuhyun, Super Junior, EXO qrupunun üzvü Suho da iştirak etdi. Bu addım bir daha sübut etdi ki, onların dostluqları nə qədər səmimidir.

Pərəstişkarlar və KİV-i tərəfindən çəkilən şəkilləri sizə təqdim edirik.