Vebtunun nə olduğunu bilməyənlər üçün— əsasən smartfonlarda oxunan rəqəmsal komikslərdir. Başqa tip komikslərdən onları xüsusi edən odur ki, ənənəvi kitab formatından fərqli olaraq onlarda hər epizod şaquli zolaq şəklində olub sonsuz tablo yaradır. Onların çoxsu rəngli də olur və tərkibində musiqi və ya animasiya da ola bilər. Son illər ərzində Koreya vebtunları bütün dünyada mühüm məşhurluq qazandı və əgər aşağıdakı siyahıda olanlardan heç olmasa birini oxusanız səbəbini tezliklə anlayacaqsınız.
Super Secret / Super sirr
Hər birimizin öz sirri var, amma bəzilərinin elə sirri var ki, başqalarına nisbətən daha qlobaldır. Rayan uşaqlıq dostu Emmadan hansı sirri gizlədir? İnanmayacaqsınız, amma o, əslində insan cildinə maskalanmış nəhəng bir qulyabanıdır. Bununla belə, son dərəcə ehtiyatlı Rayan və fərasətsiz, amma tamamilə sevimli Emma arasındakı dostluğa heç nə əngəl ola bilməz… Üfüqdə digər oğlan peyda olmayana qədər. Emma həyatında ilk dəfə özündə daha böyük sirr saxlayan sevgili tapanda nə baş verəcək?
Save Me / Məni xilas et

Bu BTS Universe kanonudur— artıq deməyə ehtiyac var? HYYH-da («The Most Beautiful Moment in Life») danışılan hekayəni genişləndirən «Məni xilas et» layihəsi sizi original musiqi klipinə aparacaq heyranedici incəsənət işlərindən ibarətdir və çox sayda əvvəl görünməyən anları təqdim edəcək.
Sweet Home / Sevimli ev
Xəbərdarlıq: «Sweet Home» heç də şirin deyil. Bundan başqa, əgər təbiətcə həssasınızsa oxuyarkən işıqları yanılı qoya bilərsiniz. Bir qrup çarəsiz qəhrəmanın insanlığı məhv etməyə çalışan monstrlarla mübarizəsini izlədikcə bu vebtun sizə titrəmə verəcək.
Əgər «Bastard»ı oxumusunuzsa və onun pərəstişkarısınızsa, onda «Sweet Home» da sizi şübhəsiz maraqlandıracaq, çünki o, da eyni müəllifin layihəsidir.
A Good Day To Be A Dog / İt olmaq üçün yaxşı gündür
İçkili halda iş yoldaşını öpməkdən pis nə ola bilər? Yəqin ki, hər gecə itə dönüb onu yenidən kiçik it dodaqlarını öpməyə məcbur edə bilməmək. Kefli halda səhvən iş yoldaşını öpərək ailə tilsimini işə salan Hana it formasında qalaraq ondan ikinci öpüşü qazanmaq üçün bir yol tapmalıdır. Belə baxanda çox da çətin missiya deyil, amma əgər cənab Cin itlərdən ölümcül qorxursa və nə olursa olsun onlardan qaçırsa nə etmək olar? Hana bütün həyatı boyu gecələri it kimi keçirdəcək yoxsa tilsimi qıracaq?
Odd girl out / qeyri-adi qız
Heç belə çox gözəl dostunuz olub ki, həm hamının diqqətini çəksin, həm də sizi müqayisədə kölgədə qoysun? Narinin onu qəribə göstərən bu cür 3 dostu var. Amma sən demə, onların hər biri çətinliklərdən keçib və danışmağa öz qarışıq hekayələri var. Bəlkə də Nari gözəldir, ilahəyə bənzər dostları isə adi qızlardır. Bu vebtun qəlbini qıracaq, lakin bütün hekayə boyu səni güldürərək hər şeyi öz yoluna qoyacaq.
Lookism
Ghost Wife / Ruh gəlini
Hansısa bir ruh baş qəhrəmanın önündə peyda olaraq bu yöndəmsiz sözləri söylədi: «Səni gəlinim edim?». Bu hadisədən sonra Ina onu izləyən və yeməyi arzulayan ruhları görməyə başladı.
True beauty / Həqiqi gözəllik
Hər ilahənin öz sirri var. Bəs bu ilahə hansı sirrləri saxlayır?
Hal-hazırda oxuduğunuz və sevdiyiniz vebtunları rəydə göstərin. Oxumaq üçün yeni bir şeylər axtarıram.
- Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı - 16 May 2019
- Cenninin klipi 300 milyon baxış sayı qazanıb - 15 May 2019
- EXİD yeni ‘ME&YOU’ klipində ağ geyinmiş gəlinlərdən neon rənglilərə çevrildilər - 15 May 2019