//Sizi nağıllara aləminə aparacaq Busan Qamçon Mədəniyyət Kəndi

Sizi nağıllara aləminə aparacaq Busan Qamçon Mədəniyyət Kəndi

Busan Gamcheon Mədəniyyət Kəndi  (부산 감천 문화 마을)
Cənubi Koreyanın cənub-şərqdə yerləşən Busanda yerləşən Gamcheon Mədəniyyət Kəndi ölkənin ən rəngli yerlərindən biridir. Günümüzdə sənət kəndinə çevrilən rəngli kəndin tarixi isə bir o qədər qaradır. Çünki kəndin yaradılması 1950-1953-cü illər Cənubi və Şimakl Koreya müharibəsinin başlanması ilə bağlıdır. Müharibə ölkəni iki yerə bölünəndən sonra fərqlı bölgələrdə yaşayan Taegeuk To dininə inan 4 minə yaxın qaçqın insan buraya yerləşir.Taegeuk əslində Koreya Taoculluq fəlsəfəsini mənimsəyən dindir, Koreya şamanizmi olaraq da bilinir. Bura gələn 4 min insan burada kiçik evlər tikir, əlbəttdə günümüzdəki kimi rəngli deyildi. Evlər əsasən taxtadan idi. Kəndin girişində muzeydə o evlərin kiçik formalarını da görəbilərsiz.
Taegeuk To olaraq da bilinən Gamcheon kəndi Busandakı yüksək təpələrdən birinin yamacında salındığı üçün gözəl mənzərəyə sahibdi.
Gamcheon-nın köhnə adı “Gamnae” idi. Bu söz tanrı mənasına gələn “Gam” və axıntı mənasına gələn “Cheon” sözlərindən yaranıb. Bu yerin adının mənası Tanrının axıntısı deməkdir. Əfsanəyə görə burada şirin su mənbələrindən çıxan su çox yeni və şirin olduğu üçün bu yer belə adlandırılıb.
Bəs minlərlə daxmanın yer aldığı bi kənd necə oldu turistik məkana çevrildi?
Busanda yaşayan bir qrup tələbə 2009-cu ildə kəndi gözəlləşdirmək qərarına gəlir. Tələbələrin sənət toxunuşları ilə məhv olan kənd bir anda sənət mərkəzinə çevrilir. Hələ də kəndin bəzi yerlərində gözəlləşdirmə işləri davam edir.
Kəndin hər yerində fotosunu çəkə biləcəyinin çoxlu sənət əsərləri, divar qrafit şəkilləri, hədiyyəlik əşya mağazaları var.
Kəndin ən çox fotosu çəkilən yeri “Kiçik şahzadə”-nin kəndi izlədiyi damdır.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər